banner
banner

Gündəm

İntiqam Əliyev həbsdə qaldı

İntiqam Əliyev həbsdə qaldı

HMC rəhbərinin prosesi yekunlaşıb; Rəsul Cəfərovun növbəti məhkəməsi iyulun 31-də olacaq

İyulun 21-də Bakı Apelyasiya Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin (HMC) sədri İntiqam Əliyev və İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun şikayətlərinə baxılıb. HMC rəhbərinin şikayəti təmin edilməyib və proses yekunlaşıb.

Bu barədə müsavat.com-a İ.Əliyevin vəkili Fəxrəddin Mehdiyev məlumat verib: “Apelyasiya Məhkəməsinin baxış iclası başa çatdı. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanıldı. Verdiyimiz vəsatətlərin heç biri təmin olunmadı. İntiqam Əliyev çıxış etdi. Təəssüf ki, hakim tərəfindən tez-tez mikrofon söndürülürdü. İlk vəsatətimiz o oldu ki, İntiqam Əliyev şüşə arxasından çıxarılsın. Onun hüquqlarının təmin olunmasına çalışdıq. Çox təəssüf ki, vəsatətimiz rədd edildi. Ona görə də onunla məsləhətləşmək üçün fasilələr oldu. Sonra proses iştirakçıları zaldan çıxarıldı. Bu hal iki dəfə təkrar olundu. Çox gərgin bir məhkəmə prosesi oldu. Qərardan Ali Məhkəməyə müraciət edəcəyik”.
 
Rəsul Cəfərovun növbəti prosesi isə iyulun 31-nə təxirə salınıb. Vəkil Fariz Namazlı “Yeni Müsavat”a açıqlamasında verdikləri vəsatətlərin təmin olunmamasından danışdı: “Rəsul Cəfərov barəsində ev dustaqlığının seçilməsi, onun müdafiəçilərinin yanında əyləşməsi və məhkəmə istintaqının aparılması ilə bağlı üç vəsatət verdik.
 
 Məhkəmə istintaqının aparılması ilə bağlı vəsatətdə xahiş etdik ki, zərərçəkmişlərin statuslarına xitam verilsin. Çünki zərərçəkmişlərdən ikisi hökmdən apelyasiya şikayəti veriblər ki, biz zərərçəkən deyilik. Hər hansı bir zərər görmədiklərini bildiriblər. İşə xitam verilməsini xahiş ediblər. 
 
Zərərçəkən şəxslər Ağır Cinayətlər Məhkəməsində də ifadə verərkən, eyni sözləri demişdilər. Birinci instansiya məhkəməsinə Rəsul Cəfərovun günahsız olduğunu sübut edəcək çoxlu sayda  faktlar təqdim etmişdik. Həmin sübutlar məhkəmə tərəfindən araşdırılmadı. Yalnız ittiham tərəfinin sübutları araşdırıldı. Nəticədə 6 il yarım həbs cəzası verildi. Həmin sübutlar Apelyasiya Məhkəməsi tərəfindən araşdırılmalı idi ki, obyektiv qərar verilsin. Təəssüf ki, məhkəmə heç bir vəsatətimizi təmin etmədi. Məhkəmə istintaqı keçirilmədən apelyasiya şikayətinin yekun iclasını təyin etdi. Bu məhkəmə də iyulun 31-də olacaq”.
 
Qeyd edək ki, Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə İntiqam Əliyev 7 il 6 ay, Rəsul Cəfərov isə 6 il 6 ay azadlıqdan məhrum ediliblər.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.