M.Məmmədyarov Göyçay rayon Baytarlıq Xidmətinin rəisi Ağadadaş Hacıyevdən şikayətçidir. Onun sözlərinə görə, A. Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə edib: "O, öz şəxsi maraqlarına görə 15 il qanuni fəaliyyət göstərən, 3 ailənin yeganə qazanc yeri olan baytarlıq aptekimizi bağlatdırıb. Rəis qəsdən bizə göndəriş vermir ki, Kənd Təsərrüfatı Nazirliyindən sənədimizi alaq. Səbəb odur ki, Göyçay rayon ərazisində fəaliyyət göstərən baytarlıq aptekləri onun inhisarındadır. Aptekin direktoru Rəfiqə Abdullayeva Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsini bitirib. İxtisasca baytardır. Özüm isə Göyçay 106 saylı Kollecində süni mayalanma texniki kursunu bitirmişəm. Aptekimizdə satılan dərmanlar həm yüksək keyfiyyətlidir, həm də digər apteklərdən ucuzdur".
M.Məmmədyarov deyir ki, keçən il respublika ərazisində mal-qara arasında yayılmış nodulyar dermatit və psendosarkos xəstəliyinə görə onlar xəstə mal-qaranı cəmi 15 manat qiyməti olan dərmanla tam müalicə ediblər: "Bu da baytarlıq apteklərini inhisara almış və qanunsuz fəaliyyət göstərən Ağadadaş Hacıyevin qəzəbinə səbəb olub. Rəisə məxsus Göyçay rayon ərazisində çoxlu sayda baytarlıq apteki var. Onların hamısı qanunsuz fəaliyyət göstərir".
Şikayətçi deyir ki, A.Hacıyevin digər bir qohumuna məxsus olan qırmızı körpünün yaxınlığındakı ət kombinatında xəstə mal-qara kəsilərək birbaşa satış nöqtələrinə gətirilir və möhür də bazarda vurulur. Hansı ki, qanuna əsasən mal-qara kəsilərkən elə oradaca laborator analiz edilib, möhür vurulub sonra satış nöqtələrinə paylanmalıdır: "Həmin kəsim sexində antisanitariya baş alıb gedir. Bütün bunlar Göyçay Rayon Baytarlıq Xidmətinin rəisinin vəzifə səlahiyyətlərindən sui-istifadə edib yaratdığı korrupsiya şəbəkəsinin nəticəsidir.
M.Məmmədyarov şikayət məktubunda qeyd etdiyi cinayət əməlləri barədə aidiyyatı qurumlara və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib: "Xahiş etmişəm ki, obyektiv araşdırıb bu məmur barəsində qanuni tədbirlər görsünlər. Əlimdə kifayət qədər sübutlarım var, yoxlama zamanı təqdim edəcəyəm".
Şikayət məktubunda qeyd olunan ittihamlarla bağlı Göyçay rayon Baytarlıq xidmətinin rəisi A.Hacıyevlə əlaqə saxlamağa cəhd göstərdik. Ancaq gün ərzində onun telefonuna zəng çatmadı.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.