banner
banner

Sosİal

Təbiət və cəmiyyət qarşısında borc...

Təbiət və cəmiyyət qarşısında borc...
Ağasadıq Qasımovun sözlərinə görə, ötən hesabat ilində Departament tərəfindən balıqçılıq haqqında Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq 13 hüquqi və 226 fiziki şəxsə balıq ehtiyatlarından sənaye məqsədlərilə istifadə etmək hüququ verilib və bu məqsədlə 192,5 ton kilkə, 349,2 ton siyənək və 753,64 ton axçalı balığın ovuna kvotalar ayrılıb: "Nərə balıqartırma zavodlarının törədici balıqlarla təmin edilməsi məqsədilə 2,6 ton, elmi-tədqiqat məqsədləri üçün 2 ton nərə cinsli balıq növlərinin ovlanmasına icazələr verilib. İl ərzində Departament tərəfindən 50 qanun pozuntusu aşkar edilərək 29 nəfər şəxs məsuliyyətə cəlb olunub, 7 iş rayon məhkəmələrinə, 13 iş cinayət xarakterli olduğuna görə hüquq-mühafizə orqanlarına göndərilib, 8 işə inzibati qaydada Departament tərəfindən baxılıb. Qanun pozucularından 6 ədəd qayıq, 7063 ədəd qanunsuz ov aləti və 452 ədəd müxtəlif növ balıq götürülüb". 
 
Həmsöhbətimiz bildirdi ki, bioloji resurslara vurulmuş ziyanla bağlı ötən il 39387 manat məbləğində iddia qaldırılıb, 4800 manat məbləğində cərimə tətbiq edilib: "Departament tərəfindən büdcə vəsaitinin iqtisadi təsnifatı üzrə xərclənməsinə nəzarət edilib, rüblük balans və statistik hesabatlar vaxtında aidiyyəti orqanlara təqdim olunub. Balıq ovuna verilən icazələrdən və iddialardan əldə olunmuş 58,7 min manat vəsait "Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu"na köçürülüb"". 
 
Hüquqi məsuliyyət
 
Ekoloji məsuliyyətin əsasında bir sıra ekoloji qanun pozuntuları, yəni ətraf mühitə və insan sağlamlığına zərər gətirən qanuna zidd, təbiətin mühafizəsi haqqında qanunvericiliyi pozan fəaliyyət durur. Ekoloji qanun pozuntularına görə hüquqi məsuliyyətin vəzifələri aşağıdakılardır: ekologiya sahəsində ictimai münasibətlərin müdafiəsi; qanunu pozanların cəzalandırılması; onlar və digər vətəndaşlar tərəfindən qanun pozuntularına yol verilməməsi, onların mövcud ekoloji qayda-qanunlara və ümumiyyətlə qanuna hörmət etmək ruhunda tərbiyə olunmasıdır. 
Ekoloji qanun pozuntuları subyektə, obyektə və məsuliyyət növlərinə görə təsnifləşdirilir. Subyektə görə onlar müəyyən şəxslər və təşkilatlara bölünürlər: müəssisələr, təşkilatlar, idarələr; vəzifə daşıyan şəxslər; vətəndaşlar.
 
Obyektə  görə - hüquqi pozuntuları torpağın, yeraltı sərvətlərin, suların, meşələrin, heyvan aləminin atmosfer havasının və s. sahələrində fərqləndirilir. 
Məsuliyyətin növlərinə görə hüquq pozuntularını aşağıdakı sahələrə bölmək olar: maddi; ümumvətəndaş; inzibati; cinayət; vəzifə sahəsində məsuliyyət. 
 
Maddi məsuliyyət
 
Ətraf mühitin qorunması haqqındakı qanunvericiliyin pozulmasına görə maddi məsuliyyət, ekoloji qanunvericiliyə xas olan məsuliyyət növüdür. Vətəndaş məsuliyyəti kimi, o da mühafizə olunan obyektlərə müəyyən zərər gətiriləndə əmələ gəlir. Lakin maddi məsuliyyət, ekoloji qanunvericiliyə görə: 
 
- xüsusi normativ aktlarla tənzimlənir; 
- mühafizə obyekti - insan əməyinin maddi məhsulu yox, təbii elementləridir; 
- təbii mühitə vurulan zərərin əvəz olunması yolu ilə reallaşdırılır, bunu xüsusi vergi və metodlar vasitəsi ilə hesablayırlar, yaxud da ki, itkiləri nəzərə almaqla ətraf mühitin pozulmuş vəziyyətini bərpa etmək üçün zəruri xərclərin həcminin müəyyən edilməsi yolu ilə. O hallarda ki, təbii obyektlərə vurulan zərərin əvəz olunması üçün lazım olan miqdarı xüsusi qanunvericilikdə nəzərdə tutulmur, ümumvətəndaş məsuliyyəti tətbiq olunur. 
 
İnzibati məsuliyyət
 
Ətraf mühitin mühafizəsi sahəsində inzibati məsuliyyət öz qarşısına təbiətin mühafizəsi qaydalarının pozulması hallarının qarşısını almaq və pozulmasına görə cəzalandırmaq məqsədini güdür. İnzibati məsuliyyət aşağıdakı cəza tədbirlərini nəzərdə tutur: xəbərdarlıq, ayrı-ayrı vətəndaşlar və məsul şəxslərin cərimələndirilməsi; vurulan zərərin aradan qaldırılması məcburiyyəti; qanunsuz ov və yaxud balıq tutmaq zamanı qadağan edilmiş alətlərin müsadirəsi; təbii sərvətlərin istismarı ilə bağlı olan müəyyən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməsi və s. 
İnzibati hüquq normalar vasitəsilə vətəndaşlar və məsul şəxslərin məsuliyyətə cəlb olunması, inzibati orqanların hərəkətlərindən şikayət etmək, cəzaların verilməsi haqqında qərarların icra olunması qaydaları tənzimlənir. Ətraf mühitin qorunub saxlanılması sahəsində cinayət məsuliyyəti respublikanın Cinayət məcəlləsi vasitəsilə tənzimlənir. Cinayət məcəlləsinin xüsusi hissəsində məsuliyyəti müəyyən edilən ekoloji hüquq pozuntusu - özü cinayətdir.  
 
Bələdiyyələrin  məsuliyyəti
 
"Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli "Bizim Yol"a açıqlamasında bildirdi ki, ətraf mühiti insanlardan qorumaq üçün bələdiyyələrlə səmərəli əməkdaşlıq qurulmalı, maarifləndirmə işləri aparılmalı, yeri gələrsə, onların neqativ fəaliyyətləri barədə tədbir görülməsi üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılmalıdır: "Bakı və Abşeron yarımadasında son illər əsasən köhnə avtomobillərin hesabına nəqliyyat vasitələrinin sayının artması, poliqonlarda tullantıların yandırılması səbəbindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının artması atmosfer havasını çirkləndirməklə ətraf mühit və insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Statistik məlumatlarda da qeyd olunur ki, Respublika üzrə 2008-ci ildə atmosferə 923 min ton zərərli maddələr atılmışdır ki, bunun da 281 min tonu sənayenin, 642 min tonu isə avtonəqliyyatın payına düşüb. Bakı şəhəri üzrə isə atmosferə atılan tullantıların 451,8 min tonu avtonəqliyyatın payına, 194,5 min tonu isə stasionar mənbələrin payına düşüb. Bildiyiniz kimi, Abşeron yarımadasında ümumi sahəsi 3325 ha qədər olan 200-dən artıq göl mövcuddur. Bu göllərə il ərzində 41,5 mln. kubmetr çirkab suları axıdılır. Araşdırmalarımız və rəsmi qurumlardan əldə etdiyimiz məlumatlara əsasən, bu göllərin ətraf mühitə təsiri torpaqların deqradasiyaya uğraması və şoranlaşmasından, səviyyənin qalxması nəticəsində əlavə torpaq sahələrinin su altında qalmasından, buxarlanma nəticəsində karbohidrogenlər və digər zərərli maddələrin atmosferə atılmasından, yaşayış məntəqələrinə, müəssisələrinə, yollar və digər kommunikasiya xətlərinə xələl yetirilməsindən ibarətdir. Daha çox çirklənməyə məruz qalmış göllər- Böyük Şor, Bülbülə, Qırmızıgöl, Hacı Həsən və Çuxurdərə gölləridir. Abşeronun neft və neft məhsulları ilə ən çox çirklənmiş torpaq sahələri Qaradağ, Binəqədi, Sabunçu, Suraxanı, Xəzər və Səbail rayonlarının ərazilərindədir".
 
Q.İbrahimli yarımada ərazisində digər ekoloji problemlərin mövcud olduğunu da vurğuladı: "Onlardan biri kanalizasiya sistemlərinin vəziyyəti ilə əlaqədardır. Bakı şəhəri ərazisində 2008-ci il ərzində təqribən 536 mln. kubmetr həcmində tullantı suları formalaşmışdır ki, bundan da 144,5 mln. kubmetr tullantı suları təmizlənmədən dənizə və daxili su hövzələrinə axıdılıb. Tullantı suları ilə birlikdə su hövzələrinə neft məhsulları, asılı maddələr, sulfat birləşmələri, xlorid duzları, səthi aktiv maddələr, fenol və müxtəlif ağır metallar atılır. Bakı şəhəri və Abşeron yarımadasının ən ciddi ekoloji problemlərindən biri də bərk tullantıların idarə olunması ilə bağlıdır. Yarımadada olan 5 məişət tullantıları poliqonunun ümumi sahəsi 232,5 ha-dır. Qeyri-qanuni zibilliklərin sahəsi isə 448,6 ha-dır ki, bunların da sayı 128-dir. Hesab edirik ki, ölkəmizdə mövcud olan ekoloji problemlərin həllini tapması, ətraf mühitimizin mühafizəsi, təbiətimizin qorunması məsələlərində yerli özünü idarəetmə orqanları fəal rol almalıdırlar. Hər bir bələdiyyə öz ərazisində yaşıllıqların qorunmasına, təbii düzənin dağıdılmamasına cavabdeh olmalı, bunun üçün müxtəlif tədbirlər həyata keçirməlidir. Əgər belə olarsa, müəyyən zaman kəsiyində xeyli sayda ekoloji problemlərin həllinə nail olmaq olar".
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.