banner
banner

Gündəm

İnternet media da dövlətdən yardım ala bilər

İnternet media da dövlətdən yardım ala bilər

Əflatun Amaşov: “İnternet medianın əhəmiyyəti Avropa Oyunlarında özünü göstərdi”; Aynur Camal: “Dövlət başçısı bu məsələni gündəmə gətirməklə...” 

Qabil Abbasoğlu: “Yaxın vaxtlarda bütövlükdə internet mediası ilə bağlı siyasətin daha effektiv mərhələsi başlayacaq”

Prezident İlham Əliyev mətbuatımızın 140 illiyi ilə bağlı Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə internet televiziyalarına dair bir sıra mesajlar verib. Ölkə başçısı vurğulayıb ki, Azərbaycan həqiqətlərini, problemlərini dünyaya çatdırmaq üçün internet saytlarının sayı artırılmalıdır. 

Ölkə başçısının azad mətbuat barədə dedikləri bəzi məsələləri aktuallaşdırıb. İlk növbədə, yazılı media kimi, internet mediasına da dövlət yardımının edilməsi önə çıxıb. Bu məsələ ilə bağlı APA-ya açıqlama verən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, dövlət yazılı mətbuata yardım etdiyi kimi, internet mediaya da yardım edə bilər.
 
 
Şura sədri prezidentin Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə də bu barədə danışdığını qeyd edib: “Çünki internet media bizim bu günümüz üçün çox önəmlidir. I Avropa Oyunlarında bu amil bir daha özünü göstərdi. Sirr deyil ki, onlayn jurnalistika ölkədə ictimai fikrə təsir göstərən, ictimai fikri formalaşdıran ən mühüm mətbuat vasitələrindən biridir. Məhz internet üzərindən yayımlanan media vasitəsilə Azərbaycan özünün imicini xarici ölkələrdə daha asan, daha uğurlu formalaşdıra bilər”.

“Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camal “Yeni Müsavat”a açıqlamasında internet medianın bu dəstəyə böyük ehtiyac duyduğunu qeyd etdi: “Sevindirici haldır ki, Azərbaycan dövləti medianın inkişafına dəstək verir. Dövlət Dəstəyi Şurasının vasitəsilə yazılı mediaya birbaşa yardımlar, layihələri icra etmək üçün qrantlar ayrılır. Media təmsilçiləri mənzillə təmin olunurlar. Bu proseslər davamlıdır. Təbii ki, biz bunların hamısına çox müsbət dəyərlər verir, alqışlayırıq. Bu dünyada analoqu olmayan məsələdir. Bütün bunlara görə, cənab prezidentə təşəkkür edirik. Doğrudan da çox müsbət bir məsələdir. Onlayn  mediaya, internet televiziyalarına xüsusi diqqət göstərilməsi də biz tərəfdən təqdir edilir. Düşünürəm ki, artıq klassik media çox sürətli şəkildə yerini internet mediaya verməkdədir. Bu qarşısıalınmaz və qaçılmaz bir prosesdir. Bu prosesdə onlayn medianın daha sürətli inkişaf etməsi üçün dövlət də bizə dəstək olacaqsa, sevinəcəyik. Yeri gəlmişkən, qeyd edim ki, şirkətimizin bununla bağlı media projesi var. Yaxın vaxtlarda həmin projeni tamaşaçıların ixtiyarına verəcəyik. Düşünürəm ki, bu sahəyə diqqətin artırılması, özü də ölkənin birinci şəxsi tərəfindən önəm verilməsi bu sahənin səmərəli olduğunun sübutudur. Artıq insanlar öz mobil telefonları vasitəsilə informasiya alırlar. Klassik media öz əhəmiyyətini itirməkdədir. Dünən baş vermiş hadisəni bu gün qəzet, yaxud jurnal vasitəsilə oxumaq istəmirlər. Artıq xəbəri anındaca almaq imkanları var. Bu imkanların daha da genişləndirilməsi, intensivləşdirilməsi üçün dövlət bizə dəstək olacaqsa, biz jurnalistlər bunu alqışlayacağıq”.
 

A.Camal prezidentin açıqlamalarında duyulan mesajlara da toxundu: “Əslində bu cür mesajlar dəfələrlə olub. Düşünürəm ki, bu, çox önəmli bir məsələdir. Əgər yazılı mediaya yardım olunursa, dəstək verilirsə, nəyə görə onlayn mediaya da bu dəstək olmasın? Hesab edirəm ki, dövlət başçısı bu məsələni gündəmə gətirməklə, bizə həm də mesaj verdi. Tezliklə dəstəyi hiss edəcəyimizə əminik”.
 

Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu yaxın müddətdə internet televiziyaları ilə bağlı yeni mərhələnin başlayacağına ümid edir: “İnternet mediası Azərbaycanda özünün inkişaf dövrünü yaşayır. Bu vaxta qədər sayt formatı daha populyar idisə, indi artıq bu sıraya internet televiziyaları da qoşulub və bu proses uğurla gedir. KİV-lər çatdırılma formasından asılı olmayaraq, cəmiyyət həyatında mühüm bir institutdur və hakimiyyət də, dövlət yetkililəri də bunu bilirlər. Prezident İlham Əliyevin özü dəfələrlə çıxışlarında Azərbaycanda internet medianın əhəmiyyətindən danışıb, bu sahədə görülən işlərə diqqət yetirdiyini göstərib. Ümumiyyətlə, dövlət başçısının yeni texnologiyalara münasibəti bizə deməyə əsas verir ki, yaxın vaxtlarda bütövlükdə internet mediası ilə bağlı siyasətin daha effektiv mərhələsi başlayacaq. Bu mərhələdə internet televiziyalarına dövlət dəstəyinin olmasını da, zənnimcə, gözləməyə dəyər”
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.