banner
banner

Gündəm

“Eldar bu günə kimi 4 erməni öldürüb”- Şəhid qardaşı + Video

“Eldar bu günə kimi 4 erməni öldürüb”-

Düşmənə qarşı döyüşdə mətinliklə vuruşaraq Şəhidlik zirvəsinə yüksələn Fətəliyev Eldar Səxavət oğlunun ölümü doğmalarını sarsıtsa da, onların əbədi qürur mənbəyinə çevrilib. 

Cia.az-ın ans-ə istinadən məlumatına görə, bu gün Gədəbəyin Novoivanovka kəndində dəfn edilən şəhid Fətəliyev Eldar Səxavət oğlunun qohumları ondan qürurla danışıb. 

Şəhidin qardaşı Arzu Fətəliyev qardaşının hərbi xidmətə getdiyi vaxtdan bu günə kimi 4 erməni öldürdüyünü açıqlayıb.  İndi isə onun özü şəhid olub.

Şəhidin qohumu Kəmalə Nağıyeva Eldarın çox mərd və vətənpərvər bir insan olduğundan söz açıb. 

24 yaşlı Eldar Fətəliyev hərbi təxmini başa vurandan sonra yenidən ordu sıralarına qayıtmışdı. Müddətdən artıq xidmət edən hərbi qulluqçunun 2 azyaşlı övladı var. 

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri ötən gecədən başlayaraq cəbhənin Gədəbəy istiqamətində atəşkəsi intensiv pozması nəticəsində Fətəliyev Eldar Səxavət oğlu şəhid olmuşdur. Şəhid olan müddətdən artıq hərbi qulluqçu Eldar Fətəliyev bu gün son dəfə öz evinə gəldi. 

Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.