Səudiyyə Ərəbistanı başda olmaqla üsyançı husilərə qarşı əməliyyat aparan beynəlxalq koalisiya qüvvələrinin üzvləri 5 günlük atəşkəs elan ediblər.
Razılaşmaya əsəsən, o şənbə günü yerli vaxtla saat 23:59-da qüvvəyə minməlidir.
Cia.az BBC-yə istinadən xəbər verir ki, bu möhlət sakinlərə humanitar yardım çatdırmaq üçün istifadə olunacaq.
Koalisiya qüvvələri, atəşkəs rejimini pozmaq cəhdlərinin cavabsız qalmayacağını vəd ediblər. İyun ayında tərəflər arasında BMT vasitəçiliyilə 6 günlük atəşkəs elan olunmuşdur.
Ötən həftə strateji Bab əl-Məndəb boğazının üstündə yerləşən Ədən şəhərinin kənar rayonlarında döyüşlər davam edib. İnformasiya agentlikləri husilərin hücumu nəticəsində onlarla dinc sakinin həlak olduğunu bildirirlər.
Yəməndə silahlı münaqişə bir ildən artıqdır ki, davam edir. Şiəliyin Zeydi təriqətinə aid şimallı husilər Səudiyyənin dəstəklədiyi prezidenti devirdikdən sonra vəziyyət gərginləşib.
Yəmən böhranı: Kim kimlə vuruşur?
Yəmən husilər, sünni tayfaları, Səudiyyə Ərəbistanı və başqa Körfəz ölkələri, İran, habelə İslam Dövləti təşkilatı arasındakı qarşıdurma nəticəsində getdikcə daha çox zorakılıq meydanına çevrilməkdədir.
Husilərə qarşı hava kampaniyası aparan Səudiyyə Ərəbistanı iddia edir ki, husilərə onun regional rəqibi olan İran dəstək verir. Tehran bu ittihamı rədd edir.
Yəmən İran-Səudiyyə müharibəsinin meydanına çevrilir?
Yoxsul, lakin strateji əhəmiyyətə malik Yəməndə hakimiyyət uğrunda çəkişmələr bütün region üçün ciddi nəticələrə, Qərb üçün isə təhlükəsizlik problemlərinə gətirib çıxara bilər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.