banner
banner

Dünya

Rusiyada ermənilərlə kürdlər arasında kütləvi dava: 1 ölü, 2 yaralı

Rusiyada ermənilərlə kürdlər arasında kütləvi dava:
Rusiyanın Ulyanovsk vilayəti, Novospask rayonunda erməni və kürd icmaları arasında milli zəmində toqquşma baş verib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Novospask rayonunun Repyevka kəndində baş verən kütləvi dava zamanı 46 yaşlı erməni öldürülüb, daha 2 erməni isə ağır güllə yarası alıb. 
Odlu silahdan istifadə olunan insident zamanı yaralanan ermənilərin doğma qardaş olduğu və ağır vəziyyətdə xəstəxanaya yerləşdikləri məlum olub.
Ulyanovsk vilayətinə kütləvi məskunlaşan erməni və kürd icmaları arasında biznes sferasında rəqabətin olduğu və toqquşmanın da bundan qaynaqlandığı deyilir.
Faktla bağlı Ulyanovsk Prokurorluğu cinayət işi açıb.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.