banner
banner

Sosİal

Vitse-prezident tələbələrlə görüşdü

Vitse-prezident tələbələrlə görüşdü

ARDNŞ-nin vitse-prezidenti, Neft-qaz emalı və Neft-kimya Kompleksinin baş direktoru Tofiq Qəhrəmanov Bakı Ali Neft Məktəbində tələbələrlə görüş keçirib.

Neft məktəbindən daxil olan məlumata görə, T. Qəhrəmanov onları yeni tikilən Neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsi haqqında geniş məlumatlandırıb.

Tədbiri açan Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov qonağı salamlayıb və Ali məktəbdə görməkdən məmnunluq ifadə edib. Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyasının ildən-ilə genişləndiyini, yeni Neft-qaz emalı və neft-kimya kompleksinin (NQNK) inşası ARDNŞ-nin fəaliyyətində növbəti böyük nailiyyətlər əldə etməsinə yeni imkanlar yaradacağını qeyd edən Elmar Qasımov, bu dəyərli görüşün keçirilməsində əsas məqsəd BANM-in tələbələrini, Azərbaycanın bugünkı gəncliyini ARDNŞ-nın gündən günə inkişaf edən fəaliyyətinin müxtəlif istiqamətləri ilə tanış etmək, onların ARDNŞ-nin müasir standartlara cavab verən yeni layihələrində mütəxəssis kimi iştirak etmələrinə, bu istiqamətdə üzərlərinə düşən əsas öhdəlikləri dərk etmələrinin, elmi və təcrübə biliklərinin dərinləşməsi üçün zəruri addımların atılmasının və Azərbaycanın neft-qaz və neft-kimya sahəsində olan ingilisdilli yüksəkixtissaslı mütəxəssis tələbatının ödənilməsinin vacibliyini vurğulayıb.

Daha sonra vitse-prezident Tofiq Qəhrəmanov rəhbərlik etdiyi Neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsinə dair təqdimatla çıxış edərək, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkədə yeni Neft-qaz emalı və Neft-kimya Kompleksinin Qaradağ və Abşeron rayonlarının sərhədində inşa olunacağını və 2018-2020-ci illərdə istifadəyə veriləcəyi nəzərdə tutulduğunu tələbələrin diqqətinə çatdırdı. Bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanın mülki, sosial, infrastruktur və mədəniyyət təyinatlı tikinti sahəsində nəhəng nailiyyətlərlə yanaşı, neft emalı və neft-kimya sahəsində də dərin texniki və texnoloji irəliləyişlərin müşahidə olunacağını, bir çox növ məhsul və məmulatların idxalından yaxa qurtarmağa imkan verən geniş çeşiddə yüksək keyfiyyətli məhsullar istehsal etməyə başlayacağını qeyd edən vitse-prezident, bunlarla yanaşı, müasir, yüksək ixtisaslı mütəxəssislərdən ibarət yeni kadr potensialı yaranacağını, yeni iş yerlərinin açılacağını və əhalinin məşğulluq strukturunu keyfiyyətcə yaxşılaşacağını iştirakçıların nəzərinə çatdırdı.

Xüsusilə də bu layihənin icrasında ingilisdilli və müasir bilikli gənc mütəxəssislərin cəlb olunmasına böyük önəm verildiyini vurğulayan T.Qəhrəmanov, BANM rəhbərliyi ilə bu istiqamətdə əməkdaşlıq etməsinə, ən bacarıqlı tələbələrin Neft-qaz emalı və Neft-kimya Kompleksi layihəsində təcrübə keçmələrinə marağlı olduğunu bildirib və gəlcəkdə məhz BANM-in məzunlarının ARDNŞ-nin müasir kadr tələbatının yüksək səviyyədə ödəcəyinə əminlik ifadə edib.

Təqdimatdan sonra vitse-prezident və layihə rəhbəri T.Qəhrəmanov tələbələrin çoxsaylı suallarını cavablandırıb və onların gələcək peşakar həyatlarında uğurlar arzulayıb.

Tədbirin sonunda BANM-in rektoru E.Qasımov ARDNŞ-nın vitse-prezidenti T.Qəhrəmanovu dəvəti qəbul etdiyinə və tələbələri layihə haqqında dolğun məlumatlandırdığına görə təşəkkürünü bildirib.

Sonda T.Qəhrəmanova BANM-nin “Fəxri qonağı” diplomu təqdim edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.