banner
banner

Sosİal

Gəncədə repititor müəllimlər cərimələnir

Gəncədə repititor müəllimlər cərimələnir

Bu gün Azərbaycandakı orta məktəblərdə verilən təhsilin keyfiyyəti barədə birmənalı fikir yoxdur. Bu səbəbdən də övladlarının ali məktəbə qəbul olunmağını istəyən əksər valideynlər orta məktəbin verdiyi təhsilə qane olmayıb, onları repitiror yanına da göndərirlər.

Repititor xidmətinə görə isə kifayət qədər pul xərcləndiyi sirr deyil. Aylıq gəliri 250-300 manat olan elə ailələr var ki, övladının repititor yanındakı hazırlıqları üçün 200 manat xərcləyir.
Qeyd edək ki, repitirorlar verdikləri təhsilin müqabilində əldə etdikləri qazanca görə vergi ödəmədiklərindən, onların göstərdikləri xidmət də icazəsiz sayılır.
Bəzi məlumatlara görə, bir sıra məktəblərdə direktorlar, direktor müavinləri repititor müəllimlərə şərait yaradırlar ki, dərsdən sonra təhsil ocağında hazırlıqla məşğul olsunlar, amma bir şərtlə: qazandıqları puldan onlara da müəyyən haqq ödənilməlidir. Yüksək maaş almayan və repititorluq hesabına müəyyən qazanc əldə edən həmin müəllimlər rəhbərliyin “şərtləri” ilə razılaşmağa məcbur olduqlarını deyirlər.

Modern.az saytına repitirorlarla bağlı maraqlı bir məlumat daxil olub. Əldə etdiyimiz məlumata görə, Gəncə şəhərində repititor müəllimlər cərimələnməyə başlayıb.
Məlumatda bildirilir ki, hətta şəhərdə repititor fəaliyyətini yoxlayan komssiya da yaradılıb. Guya, komissiya Təhsil Nazirliyinin rəsmi icazəsi əsasında formalaşdırlırb. Qeyd olunur ki, məktəblərdə yoxlama aparılan zaman dərs vaxtı və dərsdən sonra repititor fəaliyyəti gösətərən müəllimlər müəyyən məbləğdə cərimələnirlər.
Repititor yanına gedən şagirdlərin bildirdiyinə görə, son günlər onlar və müəllimləri hazırlıq zamanı təşviş içində olurlar. Hətta bu səbəbdən qapını bağlayaraq dərs keçən müəllimlərin olduğu da söylənilir.

Məsələni araşdırmağa çalışacağıq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.