banner
banner

Hərbİ

Sərhəd Qoşunları Komandanları Şurasının iclası başlayıb

Sərhəd Qoşunları Komandanları Şurasının iclası başlayıb

Belarusun Brest şəhərində MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclası başlayıb.
APA-nın MDB İcraiyyə Komitəsinə istinadən verdiyi məlumata görə, tədbirdə qərb istiqamətində xarici sərhədlərdə vəziyyət və inkişaf tendensiyası, MDB iştirakçısı dövlətlərin sərhəd idarələrinin beynəlxalq təşkilatlar və yaxın ölkələrin sərhəd təhlükəsizliyi qurumları ilə qarşılıqlı əlaqələri müzakirə olunacaq.

Şura üzvləri həmçinin "Dövlət sərhədi haqqında" model qanunun layihəsinə dair şərhlərə baxacaqlar.

İclasda Azərbaycanı Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.