Türkiyə təyyarəsi Varşavada məcburi eniş etdi - 360 SƏRNİŞİN TƏXLİYƏ OLUNDU
"Türk Hava Yolları"na (THY) məxsus təyyarə Varşavanın Frederik Şopen adına Beynəlxalq Hava Limanına məcburi eniş edib, sərnişinlər təcili surətdə aeroport binasına təxliyə edilib.
Bu barədə Frederik Şopen adına Beynəlxalq Hava Limanının mətbuat xidmətinin rəhbəri Pşemıslav Pşıbılski məlumat verib.
"Aeroport əməkdaşları 360 nəfəri təxliyə edib. Bütün sərnişinlər artıq hava limanının binasındadır. Hazırda təyyarədə yoxlamalar aparılır", - P.Pşıbılski deyib.
Qeyd edək ki, İstanbul-San-Fransisko reysini həyata keçirən Türkiyəyə məxsus təyyarə Polşa paytaxtına məcburi eniş edib. Yerli KİV-lər buna səbəb kimi təyyarədə şübhəli əşyanın olması haqqında məlumatın yayılmasını qeyd ediblər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.