Türkiyəli müğənni Emel Müftəoğlu haqqında yayılan şayiələrə son qoyub. Cia.az-ın "Hürriyət"ə istinadən məlumatına görə, sosial şəbəkədə yazdığı "Allah çirkin bəxdi versin" sözlərini futbolçu Arda Turanın sevgilisi Aslıhan Doğana ünvanladığı iddia edilən sənətçi əsəbiləşib. Turanın keçmiş sevgilisi İdil Fırat Emelin yaxın rəfiqəsidir. Məhz buna görə müğənninin Doğanı pislədiyi deyilib. Jurnalistlərin məsələ ilə bağlı suallarını cavablandıran Müftəoğlu "Səhv başa düşüldüm. Çirkin ifadəsini Aslıhan üçün yazmadım. Arda Turanı isə tanımıram" deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.