Müğənni Xatirə İslamla xanəndə ustası Elnarə Abdullayeva söz davasına çıxıb.
Axşam.az xəbər verir ki, Xatirə muğam ifaçısının “müğənni qız almaram, oxuyana da qızımı vermərəm” sözlərini tənqid edib. O deyib ki, kimliyindən asılı olmayaraq belə danışan sənətçilərə salam da vermir.
Xatirənin onun sözlərinə belə reaksiya verməsinə Elnarə Abdullayeva da səssiz qalmayıb. Sənətçi bildirib ki, Xatirənin dedikləri onu maraqlandırmır:
“Fikir verməyin, onlar çaşıblar, bilmirlər nə danışırlar. Mən nə dediyimi yaxşı anlayıram. Kim şou aləminə girsə, bata bilər. Həyat yoldaşım məni neçə il idi tanıyırdı. Xasiyyətimə bələd idi. Çox sağ olsun ki, müğənni ola-ola mənimlə ailə qurdu. Amma Allah onu bəxtəvər yaradıb ki, qarşısına mən çıxdım. Oğlum müğənni qız istəsə, qətiyyən almaram. Əgər sözümdən çıxsa, məcbur gedib başqa yerdə yaşamalı olacaq. Bu sözlər Xatirənin xətrinə dəydisə, getsin su içsin. Heç kimlə işim yoxdur. Xatirənin nə dediyi mənə qətiyyən maraqlı deyil. Onun xətrini çox istəyirəm, amma fikrim budur”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.