Xalq artisti Aygün Kazımova “Hər şey daxil” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, qızı İlqarə Kazımovadan danışan müğənni onun yaxın günlərdə imicini dəyişəcəyini bildirib:
“İlqarə mənim pəhrizim vasitəsiylə arıqlayıb. Nəhayət, onu istədiyim kimi görməyə başlayıram. Hələ qarşıda yaradıcı planları var. Onu gözləyənləri təəccübləndirəcək. Əvvəlcədən danışmıram. Qızım məndən fərqli olaraq, hər şeyi qabaqcadan deməyi sevmir. Yeni imiclə, təzə mahnılarla gələcək”.
A.Kazımova yaxın günlərdə toy olacağını da bildirib:
“Bu gün ən yaxın rəfiqəmin yeganə oğlu Fəqanın toyudur. Onu təbrik edirəm. Özümə də toy arzulayıram. Bu yaxınlarda, bilmək olmaz, bəlkə mənim də toyum oldu”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.