Bakıda fəaliyyət göstərən "Kasap Döner Bakü" restoranında lavaşda bir dönər yeyən şəxs buna görə 12 manat ödəyib. Bu qiymət sosial şəbəkələrdə narazılıq doğurub.
Qəbzin fotosunda 2 lavaş arası, 4 çörək arası dönər və 1 "Coca-cola" içkisi sifariş edən şəxsin ümumilikdə 49 manat 75 qəpik ödədiyi görünür.
"Kasap Döner Bakü" restoranından sosial şəbəkələrdə yayılan qəbzin onlara aid olduğu təsdiqlənib: "Bizim restoranda normal, standart dönərin qiyməti 3 manatdır. Sadəcə, kafenin qaydalarına əsasən müştəri istəyinə görə ətin ölçüsü dəyişir. Qəbul olunan standartlara görə adi yerlərdə satılan dönərlərin içərisində olan ətin çəkisi 50-60 qram arasındadır".
Qiymətlərin belə baha olmasının səbəbinə gəlincə, bu, restorandan burada şəraitin yüksək olması, bütün içliklər, sous və mayonezlərin Türkiyədən sifarişlə gətirilməsi ilə izah edilib: "Azərbaycandan isə yalnız ət alınır. Təzə dana ətindən dönər hazırlanır. Digər dönərlərdən fərqli olaraq bizdə yalnız yarpaq ətdən istifadə olunur. Qiymətlər də məhz buna görə təyin olunub. Sosial şəbəkələrdə yayılan qiymət isə içərisində 200 qram ət olan dönərin qiymətidir".
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə sayta deyib ki, Azərbaycanda dönərlərin hazırlanması üçün standartlar müəyyənləşdirilib: "Əsas tələb odur ki, dönərin içi standartlara, normalara uyğun hazırlansın. Eyni zamanda, ətin və dönəri hazırlamaq üçün lazım olan tərkibin miqdarı əvvəlcədən müəyyən olunub. Qiymətləri qanunsuz olaraq artırmaq yolverilməzdir. Bunu edən də işi qeyri-qanuni edir. Azərbaycan Prezidenti dəfələrlə süni artırılan qiymətlər barədə cəmiyyətə tapşırıq verib. Bu məsələni ictimailəşdirib dövlət qurumları ilə birlikdə qabaqlayıcı tədbir görmək lazımdır".
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.