PKK həm xaricdə, həm daxildə xüsusi qaynaqlara malik olduğuna görə, ən çətin terror təşkilatlarından hesab edilir.
Bunu Türkiyə mətbuatına açıqlamasında ABŞ Federal Təhlükəsizlik Xidmətində terror mütəxəssisi kimi çalışmış Corc Hayden söyləyib. Onun sözlərinə görə, Türkiyənin PKK-ya sərt üzünü göstərməsi onun suveren haqqıdır:
“PKK-nın qarşısını almaq üçün 3 yol var: Terror təşkilatına qarşı ölkə daxilində və xaricində eyni anda genişmiqyaslı əməliyyatlar keçirmək; təşkilatın sadəcə ən yuxarı vəzifəli üzvüylə görüşərək, yerdə qalan şəxslərin heç birini bu prosesə daxil etməmək; əldə edilən nəticələri böyük bir kampaniya ilə xalqa təqdim etmək. Məhz bunlar terror təşkilatlarını məhv etməyə yardım edir. PKK kimi bir təşkilata əsla güvənmək gərək deyil. Türkiyənin hazırkı dönəmdə işi çox çətindir”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.