Nərimanov rayonu, Pişəvari adına Respublika Hümanitar Fənlər Gimnaziyasında oxuyan və yataqxanada qalan şagirdlərin valideynlərinin şikayəti yataqxananın sökülməsindəndir.
ANS TV-nin məlumatına görə, valideynlər deyir ki, yataqxananın söküləcəyi barədə onlara məlumat veriblər. 50 şagirdin təhsil aldığı bü gimnaziyada valideynləri narahat edən uşaqların qalmağa yerlərinin olmamasıdır. Çünki uşaqların çoxunun valideynləri işlədiyindən, bəzilərinin imkanı olmadığından, bəzi uşaqların isə valideynləri rayonda qaldığından uşaqların gimanaziyada qalması hər bir valideyn üçün sərfəlidir. Düzdü məktəb hələ sökülməsə də, amma valideynlər narahat olduğundan məktəbin rəhbərliyinə və müvafiq qurumlara müraciət də ediblər. Yataqxananın sökülməsinə razı olmayan valideynlər özlərinin hesabına pul verib yataqxananı təmir etdirmək istədiklərini də bildirdilər.
“Biz valideynlər xahiş edirik ki, bu yataqxanada uşaqlarımızın qalmasına icazə versinlər, yəni yataqxana sökülməsin. Şayiələr gəzir ki, yataqxana sökülərək yerində Dərnək inşa ediləcək. Nə lazımdırsa valideynlər pul yığaq yataqxananı təmir etdirərk, amma yataqxana sökülməsin”, - deyə şikayətçi Günel Tairquliyeva bildirib.
Şikayətçi deyir ki, 3-5 gün məktəb açılmamışda öncə gəlib valideynlərə bildirdilər ki, bəs sizin uşaqlarınızı internet saylı məktəblərə köçürək, əgər yaxşıdırsa onda öz uşaqlarını niyə internet saylı məktəblərə köçürmürlər.
Təsil Nazirliyindən isə bildirdilər ki, yataqxana təmir məqsədilə yalnız dərs ilinin sonunda təmirə bağlanacaq. Yeni mövsümdə isə yenidən şagirdlərin istifadəsinə veriləcək.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.