Tarif Şurasının iyulun 30-da keçirdiyi iclasda dərman vasitələrinin tənzimlənməsinə dair qərar verilib. Qərara əsasən, həmin dərman vasitələrinin qiymətləri, eləcə də rəqabət mühitinin pozulmaması üçün bu dərmanlarla eyni təsiredici maddəyə malik digər dərman vasitələrinin qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minəcək.
Həmin tarixdən etibarən şuranın qərarında göstərilən 25 təsiredici maddə üzrə qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı həyata keçirilə bilməz. Bu təsiredici maddələr üzrə qiymətləri təsdiq edilməyən digər dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulunun son müddəti 2015-ci il avqust ayının 10-dək müəyyən edilib.
Qeyd edək ki, siyahı verilən qərara uyğun deyil. Orada bahalı dərmanların adı yoxdur. Qiymət tənzimlənməsi daha çox ucuz dərman preparatlarına şamil edilib. Elə dərmanlar da var ki, onların qiymətində 2 qəpik endirim edilib. Strateq.az saytının yazdığına görə siyahıda 60-80, bəzən 100 manata satılan dərmanların adlarına rast gəlinmir. Həmin kateqoriyaya aid cəmi bir dərman - Kipr istehsalı olan “Selekasin” adlı iynənin qiyməti yarıbayarı azaldılıb. Hazırda 66-86 manata satılan həmin dərman sentyabrdan 41 manat 86 qəpiyə təklif ediləcək.
Ucuzlaşdırılan dərmanlar siyahısında daha çox 4-6 manata və daha aşağı qiymətə satılan preparatların adlarına rast gəlmək mümkündü.
Buraya 50 manatdan baha satılan cəmi iki dərmanın adı salınıb. Ukrayna istehsalı olan “Proneyro” adlı iynənin 10 ampulasının və eyni adlı dərmanın məhlulunun qiyməti hazırda apteklərdə 50 manat 50 qəpik - 60 manat 60 qəpik arasında dəyişir. Yeni qiymətlər tətbiq edildikdən sonra həmin iynə, təxminən 3 dəfə ucuz olacaq, cəmi 16 manat 4 qəpiyə satılacaq.
Vətəndaşlar “Proneyro” məhlulunu isə daha ucuz -7 manat 28 qəpiyə ala biləcəklər. Bahalı hesab edilən digər bir preparat - Macarıstan istehsalı olan “Torvazin” isə daha çox ucuzlaşacaq. Belə ki, hazırda 36-43 manata satılan həmin dərman sentyabrda 6-7 dəfə ucuz olacaq. Adıçəkilən həblərin 30 ədədi cəmi 6 manat 46 qəpiyə satılaçaq. ABŞ istehsalı olan “Liprimar” həbləri də təxminən 3 dəfə ucuzlaşaraq 10 manat 42 qəpiyə olacaq. Hazırda həmin dərmanın qiyməti 35-43 manat arasında dəyişir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla bir sıra dərmanların ucuzlaşdırılmasının mümkünsüz olduğunu bildirdi: “Elə dərmanlar var ki, onların qiymətini ucuzlaşdırmaq mümkün deyil. Bəzi dərmanlar çox yüksək texnologiya ilə istehsal olunur. Onların Avropada, yəni öz yerlərində qiymətləri çox bahadır. O necə ola bilər ki, Azərbaycana gəlsin, qiymətləri ucuzlaşsın. O zaman gərək dövlət ona dotasiya versin. Yəni onun qiymətini kimsə ödəməlidir. Sahibkar əgər bu dərmanları gətirirsə, onun hansısa bir marağı olmalıdır. Sadəcə olaraq, müəyyən bir siyahı tutulmalı idi. Bu siyahı ilə də əhalinin istifadəsində olan və gündəlik lazım olan dərmanların müəyyən bir qisminə vahid qiymətlər qoyulmalı idi. Bununla da əhali üçün rahatlıq olmalı idi. Yoxsa bütün dərmanların qiymətinin total şəkildə endirilməsi imkan xaricində olan bir məsələdir”.
A.Qeybulla dövlətin özəl sektora müdaxiləsinin səhv addım olduğunu dedi: “Əslində dövlətin özəl sektora müdaxiləsi düzgün deyil. Manatın devalvasiyasından sonra bir tədbir kimi buna əl atılıb. Ancaq bu müvəqqətidir. Digər tərəfdən, əslində bu cür məsələlər icbari tibbi sığorta ilə həll olunur. İcbari tibb sığortasına müəyyən minimal paket əlavə olunur. Ondan sonra əhali həmin dərmanlardan pulsuz istifadə edir. Qalan bahalı dərmanları insanlar istəyəndə gedib öz pulu ilə alır. Dünyanın hər yerində yüksək keyfiyyətli təbabət, həddən artıq bahalı dərman vətəndaşın öz hesabına baş verir. Burada da belədir. Dərmanları əhalinin büdcəsinə uyğun tənzimləmək real deyil. Bu, bir qrup dərmanlara şamil edilməlidir. Başqa dərmanların qiyməti o cür tənzimlənir ki, onlarda xüsusi süni artırma olmasın”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.