banner
banner

Hərbİ

Əsgərimiz şəhid oldu

Əsgərimiz şəhid oldu

Dövlət Sərhəd Xidmətinin Naxçıvandakı “N” saylı hərbi hissəsində xidmət edən əsgər Tural Nizami oğlu Nuriyev şəhid olub. 

Cia.az  xəbər verir ki, bu barədə Modern.az saytına şəhid əsgərin qohumları məlumat veriblər. Bildiriblər ki, Tural Nuriyev əsgəri borcunu yerinə yetirərkən düşmənin açdığı atəş nəticəsində şəhidlik zirvəsinə yüksəlib. 

Hadisə iyulun 31-də baş averib. Şəhidin dəfni isə dünən gerçəkləşib. Doğulduğu Cəlilabad rayonunda torpağa tapşırılan şəhidin dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli zabitləri,  Cəlilabad rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak ediblər. 

Qeyd edək ki, şəhid Tural Nuriyev Dövlət Sərhəd Xidmətinin Naxçıvandakı “N” saylı hərbi hissəsində 7 ay idi ki, xidmət edirdi.

Allah rəhmət eləsin!
Cia.az 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.