banner
banner

Dünya

Hiroşima atom partlayışı dəhşətinin 70 illiyini yad edir

Hiroşima atom partlayışı dəhşətinin 70 illiyini yad edir
70 il bundan əvvəl Hiroşima şəhərinə ABŞ aviasiyası tərəfindən atılan atom bombası partlayışının dəhəşəti Yaponiyada yad olunur.
6 avqust 1945-ci il atom bombası partlayışı qurbanlarının xatirəsinin anım mərasimində Yaponiyanın Baş naziri Shinzo Abe iştirak edib. Mərasim Hiroşima memorial parkında keçirilib.
Yaponiyada 70 il bundan əvvəl baş vermiş dəhşətli hadisənin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
 
1945-ci ilin avqustunda II Dünya müharibəsinin sonuna yaxın Hiroşima şəhərinə avqustun 6-da, 3 gün sonra isə avqustun 9-da Naqasaki şəhərinə ABŞ hərbi aviasiyası tərəfindən atom bombaları atılmışdı.
 
Atom partlayışları nəticəsində Yaponiyada 140 min nəfər həlak olmuşdu. Bomabalar Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə ABŞ-ın B-29 bombardmançı təyyarəsindən atılmışdı. Həmin gün Hiroşimada azı 70 min adam həlak oldu.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.