banner
banner

Sosİal

Kütləvi dava düşən otel generalın çıxdı

Kütləvi dava düşən otel generalın çıxdı

Xəbər verdiyimiz kimi, Bakıda bu gecə məşhur otellərdən birində bir nəfərin ölümü ilə nəticələnən insident baş verib.

Həmin otel Gəncənin sabiq polis rəisi, hazırda DİN-in Daxili Tədqiqatlar İdarəsinin rəisi general Rasim Musayevə məxsus "Vulkan” otelidir. Hadisə şahidlərinin sözlərinə görə, oteldə istirahət edən xanımla kişi arasında düşən mübahisə nəticəsində qadın öldürülüb, kişi isə yaralanıb.

Qeyd edək ki, "Vulkan” otelin adı dəfələrlə priton qalmaqallarında hallanıb(Qafqazinfo).

Xatırladaq ki, dünən gecə Binəqədi rayonu ərazisində yerləşən "Vulkan” istirahət mərkəzində qanlı hadisə baş verdiyi xəbəri yayılıb. Bizimyol.info saytına daxil olan məlumata görə, kütləvi dava və bıçaqlaşma hadisəsi nəticəsində ölən və yaralananlar var. İstirahət mərkəzinə hadisədən sonra çox sayda polis əməkdaşları gəlib.

***
Ötən gecə Bakıda, Binəqədi şossesində fəaliyyət göstərən məşhur otellərdən birində qeydə alınan ölüm hadisəsilə bağlı bəzi məqmlar hələ də qaranlıq qalıb.

Binəqədi rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hələlik hadisənin intihar, yaxud qətl olduğu bilinmir.

Belə ki, "Vulkan” motelində, otaqların birində Kürdəmir rayonu Sığırlı kəndindən olan Afaq Rafiq qızı Şükürovanın asılmış meyiti tapılıb. Meyiti hama otağından Asif Ağamalıyev adlı şəxs tapıb. Kişi dərhal otelin işçilərini çağırıb.

Daha sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşalrı cəlb olunub. Lakin hadisənin intiahr, yaxud cinayət olduğu dəqiq bilinmir.

Ölüm baş vermə səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.