banner
banner

Gündəm

Muxtar Maniyevin vəziyyəti ağırlaşdı

Muxtar Maniyevin vəziyyəti ağırlaşdı

Azərbaycanın xalq artisti Muxtar Maniyevin səhhəti pisləşib. 

M. Maniyevin həyat yoldaşı Nəsibə Maniyevanın APA-ya verdiyi məlumata görə, avqustun 6-da xalq artistinin səhhəti kəskin pisləşib və onu Elmi-Cərrahiyə Mərkəzinin reanimasiya şöbəsinə yerləşdiriblər: 

“Muxtar hazırda reanimasiyada həkim nəzarəti altında müalicə alır. Çoxdan idi səhhətindən ciddi şikayəti olmurdu, özünü yaxşı hiss edirdi. Dünən vəziyyəti birdən-birə kəskin pisləşdi. Qorxduq ki, onu itirək, şükür Allaha, vəziyyətdən birtəhər çıxara bildilər”. 

N. Maniyeva əlavə edib  ki, aktyorun səhhəti ilə bağlı əlaqədar yerlərə məlumat verilib, müalicənin nəticəsindən asılı olaraq, həkimlər məsləhət bilsələr, M. Maniyevi sabah palataya köçürəcəklər: “Xəstəxanada bizə hər cür diqqət göstərirlər. Həkimlər Muxtarın sənətini yüksək qiymətləndirirlər, ona görə qulluğunda yaxşı dayanırlar. “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov xəstəxananın baş həkimi ilə danışıb, baş həkim də arxayın edib ki, əllərindən gələn köməkliyi edəcəklər”.  

Qeyd edək ki, M. Maniyev ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkir.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.