banner
banner

Gündəm

Generalla icra başçısının maraqları toqquşdu

Generalla icra başçısının maraqları toqquşdu
Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun kürsüsü laxlayıb və artıq bu məmurun karyerasının son günlərini yaşadığına əmin olan bəzi dairələr Ağcabədi rayonuna öz adamını rəhbər təyin etdirmək üçün hərəkətə də keçiblər.
Məlumata görə, Ağcabədi rayonuna öz adamını başçı təyin etdirməyə çalışanlardan biri də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevdir. Bununla bağlı məlumatda deyilir ki, Gəncə şəhər icra hakimiyyətinin başçısı Yevlax, Bərdə və Tərtər rayonları kimi Ağcabədinin də onun kadrına həvalə olunmasına çalışır. Məlumat üçün bildirək ki, Yevlax rayon icra hakimiyyətinin indiki başçısı Qoca Səmədov Elmar Vəliyevin bu rayona başçılıq edəndə ilk illər onun şəhər təsərrüfatı üzrə müavini, 2006 -2011 –ci illərdə birinci müavini vəzifəsində işləyib. Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi Rzayev isə 2004-2005-ci illərdə Elmar Vəliyevin təhsil, səhiyyə və mədəniyyət üzrə müavini olub. Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov isə Qoca Səmədov icra başçısının birinci müavini təyin olunduqdan sonra 2006-cı ildən 2012-ci ilədək Yevlax şəhər İcra Hakimiyyəti Başçısı Aparatında başçının şəhər təsərrüfatı üzrə müavini-şöbə müdiri vəzifəsində işləmişdir. Göründüyü kimi bu üç icra başçısı bir zamanlar Elmar Vəliyevin tabeliyində işləyiblər və onun kadrları sayılırlar. Bu şəxslərin hər birinin Elmar Vəliyevlə qohum olmaları haqqında da məlumat var. Belə ki, Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi Rzayev Elmar Vəliyevin həyat yoldaşının əmisi oğlu və qaynı Nazim İsayevin qayınatasıdır. Yevlax rayon icra hakimiyyətinin başçısı Qoca Səmədovun anası Elmar Vəliyevin atasının bibisiqızıdır. Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla Elmar Vəliyevin anaları xalaqızı olduğu iddia edilir. Yevlax rayonunda son on il nələrin baş verdiyi haqqında məlumatlı olan insanlar bilirlər ki, bu şəxslərin hər birinin karyera yüksəlişi Elmar Vəliyevin sayəsində mümkün olub. Əks halda isə onlar heç bir zaman icra başçısı ola bilməzdilər. Ancaq onların Elmar Vəliyevə sədaqəti prezident sərəncamı ilə icra başçısı təyin olunmalarına belə, imkan yaradıb. Elmar Vəliyevə sədaqətinin ödülünü almağa yaxın məmurlardan biri də Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərovdur. İlyas Səfərovun əslən Ağcabədi rayonundan olduğu haqqında məlumatda o da qeyd edilir ki, Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisinin övladı Elmar Vəliyevin bir yaxın qohumu ilə ailə həyatı qurub və bu da onun bu güclü məmurla əlaqələrini daha da yaxınlaşdırıb. İndi isə Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun kürsüsünün laxlaması Elmar Vəliyevi hərəkətə gətirib. Məlumatlı şəxsin sözlərinə görə Elmar Vəliyevə Şahin Məmmədovun arası əvvəldən soyuq olub. İddialara görə, Elmar Vəliyev Yevlax, Şahin Məmmədov isə Samux rayon icra hakimiyyətlərinə başçılıq edəndə onların arasında narazılıq yaranıb və sonralar bu narazılıq daha da dərinləşib. İndi Elmar Vəliyev Şahin Məmmədovdan 11 il əvvəlki incikliyinin əvəzini çıxmaq, onun yerinə öz kadrını təyin etdirməkdə çox maraqlıdır. Belə qənaətə gəlmək olar ki, əgər Elmar Vəliyevin kadrı başçı olarsa, Şahin Məmmədovun bir çox qaranlıq əməllərinin üstü açıla bilər. 
Şahin Məmmədovun laxlayan kürsüsü uğrunda mübarizəyə qoşulanlardan birinin də Ağcabədi rayonundan olan bir iş adamının olduğu bildirilir. Daha doğrusu fövqəladə hallar nazirinin müavini, general Orucəli Hacıyevin yaxın qohumu olan bir iş adamını Ağcabədi rayon icra hakimiyyətinə başçı təyin etdirmək niyyətində olması haqqında məlumat var. Məlumatda qeyd olunur ki, əsasən taxıl idxalı və biyan ixracı ilə məşğul olan bu iş adamı həm də fövqəladə hallar nazirinin birinci müavini, general-leytenant Rafael Mirzəyevlə də qohumdur. Ancaq iddialara görə, həmin iş adamının icra başçısı təyin olunması təklifi Orucəli Hacıyevə məxsusdur. Lakin Rafael Mirzəyev də bu fikiri dəstəkləyir. Qüdrətli “fövqəlnazir”in iki güclü müavininin imkanlı bir iş adamının qarşısında geniş üfüqlər açır. Buna görə məlumatlı şəxs iş adamının şanslarını daha yüksək hesab edir. Əlbətdə, Elmar Vəliyevin namizədi İlyas Səfərovu da bir mənalı siyahıdan silmək olmaz. Ağcabədi rayonundan daxil olan məlumatda isə bildirilir ki, icra başçısı Şahin Məmmədovun mövqeləri o qədər zəifləyib ki, hətta onun yaxın qohumlarının və kadrlarının döyülməsi halları da baş verir. Belə bir olayın icra başçısının əmisi oğlu, Mirzəhaqverdili Bələdiyyəsinin sədri Əzən Məmmədovla bağlı baş verməsi haqqında redaksiyamıza məlumat daxil olub. Məlumatda bildirilir ki, Bələdiyyə sədrinin özbaşınalıqlarından təngə gələn Elşad adlı şəxs sonda əsəblərini cilovlaya bilməyib və icra başçısının əmisi oğlunu möhkəm döyüb. Dava zamanı Bələdiyyə sədrinin avtomobili əzilib. Baş vermiş hadisə ilə bağlı rayon hüquq-mühafizə orqanları işə qarışsa da, sonradan icra başçısı məsələnin böyüməməsi üçün hadisənin şişirdilməsinə mane olub. Məlumatlı şəxsin sözlərinə görə, hal-hazırda bir çox kəndlərin sakinləri müxtəlif məhkəmə çəkişməsində olan icra başçısı Şahin Məmmədov doğma kəndinin sakinləri ilə də məhkəmə çəkişməsinin indi ona zərər vuracağını anladığından, əmisi oğlunu barışıq yolu tutmağa məcbur edib. Buna görə, hüquq-mühafizə orqanları da məsələni böyütməyiblər. Məlumatlı şəxsin sözlərinə görə, bununla belə yaxın günlərdə Ağcabədi rayon sakinlərinin icra başçısı ilə bir neçə məhkəməsi gözlənilir ki, bu da yeni qalmaqalların üzə çıxmasına səbəb olacaq. 
"Yeni Sözçü"qəzeti
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.