Təhsil Nazirliyi Yasamal rayonunda yerləşən 158 nömrəli orta məktəbdə yoxlamalar aparıb.
Cia.az aznews.az-a istinadən xəbər verir ki, yoxlamalar nəticəsində məktəbdə bəzi qanun pozuntuları aşkarlanıb. Nəticədə məktəbin direktoru Zemfira Səmədova işdən çıxarılıb.
Faktı 158 nömrəli məktəbdən təsdiqləyibilər. Bildiriblər ki, həqiqətən də yoxlamalar aparılıb, amma direktorun vəzifədən azad edilməsi aşkarlanan nöqsanlarla bağlı olmayıb. O, yaş senzinə görə vəzifədən kənarlaşdırılıb.
Bildirdilər ki, hazırda direktor vəzifəsini müvəqqəti olaraq Zərifə adlı şəxs icra edir.
Qeyd edək ki, 158 saylı məktəb əsaslı təmir və yenidənqurmadan sonra 2013-cü ildə istifadəyə verilib. Prezident İlham Əliyev məktəbin açılışında iştirak edib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.