banner
banner

Sosİal

Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq

Hacıqabul, Siyəzən, Ağdaş və Astara magistral qaz kəmərləri sahələrində carı təmir işləri aparılacaq. 

Sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Mədrəsə”, “Şamaxı”, “Ələt” və 'Qobustan', Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Xaçmaz” və “Xudat”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Goranboy”, Astara Magistral qaz kəmərləri sahəsinin 'Günəşli', “Göytəpə” və 'Xarxatan' qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmirlə bağlı olaraq Cəlilabad rayonunun Günəşli, Alar, Qarazəncir, Göytəpə, Lənkəran rayonun Liman, Boladil, Separadi, Şağlaser kəndlərinin, həmçinin Ələt və Qobustan qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Naftalan, Goranboy, Şamaxı, Xaçmaz və Xudat rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.