banner
banner

Sosİal

Bu yolda hərəkət məhdudlaşır - Sürücülərə xəbərdarlıq

Bu yolda hərəkət məhdudlaşır -

Bakının iki böyük prospektini, Babək və Nobel prospektlərini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq burda nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə müvəqqəti olaraq məhdudlaşdırılacaq. 

Nazirlikdən Cia.az-a daxil olan məlumata görə, nəqliyyatın hərəkətinin hissə-hissə məhdulaşdırılması küçənin asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədardır və 13-14 avqust 2015-ci il tarixlərində həyata keçiriləcək. Göstürilən müddət ərzində sürücülərdən alternativ olaraq digər küçələrdən istifadə etmələri tövsiyyə olunur.

Qeyd edək ki, Nəcəfqulu Rəfiyev küçəsində təmir-tikinti işləri Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə bəzi küçə və prospektlərdə həyata keçirdiyi kompleks tədbirlər çərçivəsində aparılır. 

Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliklərinin nəzarəti altında aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazimı sayda qüvvə cəlb olunub. Nazirlik təmir işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə, sürücülərdən üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.