banner
banner

Gündəm

Futbolumuz Cavid Hüseynovu itirdimi...

Futbolumuz Cavid Hüseynovu itirdimi...

Sabiq kapitanın həbsi cəmiyyətdə birmənalı qarşılanmadı; Azərbaycan idmançılarının cinayətlərinin kökündə duran səbəblər... 

Son günlər mətbuatımızın əsas müzakirə mövzusu jurnalist Rasim Əliyevin döyülüb öldürülməsi və bu dəhşətli hadisədə “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun adının keçməsidir. İki gün öncə Rasim Əliyevi döyənlərin və bu konfliktin səbəbkarı olan Cavid Hüseynovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildi.

Son illərdə idman karyerasında yüksəliş dövrünü keçirən, “Qəbələ”nin avrokuboklardakı uğurlarında böyük əməyi olan sabiq kapitanın həbsi heç də cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. C.Hüseynovun müdafiəçiləri onu ittiham edənlərdən az olmadı. Əsas irəli sürülən fikir isə, futbolumuzun onu itirməsi ilə bağlı səsləndi.

Komanda.az saytının redaktoru Natiq Muxtarlı hesab edir ki, Azərbaycan idmançılarının intellektual səviyyələri aşağıdır: “Belə bir deyim var. ”Sağlam bədəndə sağlam güc olar". Xaricdə övladlarını idmana yazdıran valideynlər istəyirlər ki, onlar sağlam ruhda böyüsünlər. Orada idmana bağlılıq kiməsə zor göstərmək üçün deyil.  Biz də isə valideynlər övladlarını idmana aparır ki, qolları zorlu olsun, kimisə döyə bilsin. İdmançılarımız idmanla başqa məqsədlər üçün istifadə edirlər. Çox təəssüflər olsun ki, ölkəmizdə idmançılara həddindən artıq göstərilən qayğı onların layiq olmadıqları pulları mənimsəmələri ilə nəticələnir. Bunun nəticəsində onlar da bu fikir formalaşır ki, istədiyimizi edə bilərik. Özlərini toxunulmaz sanırlar. İdmançı layiq olmadığı məbləğləri alanda nəticəsi bu olur. Dünyanın heç bir ölkəsində futbolçuya artıq məbləğ vermirlər. “Real Madrid” Ronaldoya verdiyi məbləğdən qat-qat artığını onun hesabına qazanır. Cavid Hüseynov Azərbaycan futboluna heç bir xeyir verməyib, amma indiyə qədər 3-4 milyon pul qazanıb. Azərbaycanda 7-8 klub dəyişib, hər biri ilə də 3-4 minlik müqavilə imzalayıb. Azərbaycanda futbolçu özünü qanunlardan da üstün tutur. Onlara söz demək, xətirlərinə dəymək olmaz. Əks halda ətrafındakı insanlar adamı döyərlər. İdmançı zəhmətlə qazansa, heç zaman özbaşınalığa getməyəcək. Bu özbaşınalığın əsas səbəblərindən biri də, savadsızlıqdır. “Barselona”, “Ayaks” kimi futbol məktəblərində təhsil almayan futbolçunu futbolda saxlamırlar. Amma bizə baxanda çoxunun heç orta məktəb təhsili də yoxdur. Futbola başlayan şəxs təhsildən imtina edir. Nəticədə bu cür cılız dünyagörüşü formalaşır. Adi bir sözün üstündə jurnalisti döyürlər"
Natiq Muxtarlı jurnalistin qətli ilə bağlı həbs olunanların arasında iki futbolçunun olduğunu da bildirdi:“Yəqin ki, xəbəriniz var. Həbs edilənlənlərdən ikisi futbolçudur. Biri hətta Futzal üzrə Azərbaycan millisinin üzvü olub. İdman mətbuatında daim bu məsələləri qabartmışıq. Təkliflər vermişdik ki, klublarda kitabxanalar yaradılsın. Düşünürdük ki, boş vaxtlarında bəlkə kitab oxuyarlar. Amma klub rəhbərlərinin heç biri layihəmizi yaxına buraxmadı. Təkcə futbolda intellekt səviyyəsi aşağı deyil. Bütün idman növlərimizdə bu hal var. İndiyə qədər çoxlu sayda idmançımız cinayət məsuliyyətinə cəlb olunub. Onlar küçə qanunları ilə yaşamağa üstünlük verirlər”.

İdman jurnalisti Azərbaycan futbolunun C. Hüseynovu itirdiyini söylədi: “Biz Cavidi itirdik. O, son vaxtlar yüksək idman formasında idi. Oyunlarında açıq şəkildə görünürdü. Bunu etiraf etməyə məcburuq. ”Qəbələ"nin əsas silahı idi. Klub avrokuboklarda oyununu sırf onun üzərində qurmuşdu. Qarşıdakı vaxtlarda milli komandamızın çətin oyunları var. Sözsüz ki, Cavid bu oyunlarda bizə lazım idi. Amma təəssüf ki, olmayacaq. Onun özünün əməlləri Azərbaycan futbolunda yoxa çıxmasına səbəb oldu. Heç bir cinayət cəzasız qalmamalıdır. Cavid Hüseynov bunu düşünməli, belə bir addım atmamalı idi. Təkcə Cavidə zərər dəymədi, eyni zamanda, cəmiyyət və futbolumuza ağır zərbə oldu".
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.