banner
banner

Sosİal

Metro istifadəçilərinin nəzərinə- Sabah son gündür

Metro istifadəçilərinin nəzərinə-

“Bakı Metropoliteni” mövcud metro kartlarının girov dəyərinin qaytarılması ilə bağlı məsələyə növbəti dəfə aydınlıq gətirib. 

Cia.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Nəsimi Paşayev məlumat paylaşıb:

“Sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq “Bakı Metropoliteni” QSC bir daha bəyan edir ki, mövcud metro kartlarının geri qaytarılması (girov dəyərinin geri alınması məqsədilə) və satışı 15 avqust 2015-ci il tarixi gecə saat 24:00-dan etibarən dayandırılacaq.

Avqust ayının 31-nə kimi isə metro kartlarının girov dəyərinin həmin karta yüklənməsi, eləcə də yeni gediş haqqı yüklənməsi əməliyyatları davam edəcək. 1 sentyabrdan 30 sentyabra qədər isə mövcud metro kartlarından sadəcə balansında olan gediş haqqından istifadə etmək imkanı olacaq. Yəni gediş haqqı yüklənməyəcək, depozit dəyəri geri qaytarılmayacaq. Metro kartının depozit dəyəri və balansı isə 30 sentyabra qədər yeni alınan Bakıkarta transfer edilə bilər”.

Xatırladaq ki, “Bakı Metropoliteni” artıq bir dəfə oxşar bəyanat yayıb.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.