Ermənistan KİV-i noyabrın 12-i Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulan vertolyotda həlak olan erməni pilotlarının cəsədlərinin xüsusi əməliyyat nəticəsində götürdükləri ilə bağlı xəbər yayıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat qondarma “Dağlıq Qarabağ Respublikası”nın Müdafiə Nazirliyi tərəfindən yayımlanıb.
Erməni mətbuatının yazdığına görə, əməliyyat nəticəsində ekipaj üzvlərindən birinin cəsədi və digər iki pilotun qalıqları çıxarılıb, həmçinin Mİ-24-ün önəmli hissələri götürülüb. Bundan başa, əməliyyat zamanı Ermənistan tərəfinin heç bir itki vermədiyi, Azərbaycan Silahlı Qüvvələrinin isə 2 hərbçisini itirdiyi iddia edilib.
Azərbaycan Müdafiə Nazirliyi isə məlumatı təkzib edib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Dərgahlı Modern.az-a açıqlamasında bildirib ki, bu, növbəti erməni təxribatıdır:
“Bu cür məlumatlar erməni tərəfinin növbəti təxribatıdır. Ermənilər bu ərazidə vəziyyəti özləri gərginləşdirir və beynəlxalq qurumları da bu məsələyə cəlb etməyə cəhd göstərirlər. Həmin istiqamətdə Azərbaycan ordusu heç bir itki verməyib. Atəşkəslə bağlı bütün məlumatlar isə mütəmadi olaraq kütləvi informasiya vasitələrinə çatdırılır və sutka ərzində baş verən atəşkəs pozulması barədə məlumat Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində də yerləşdirilir”.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.