Pərəstişkarı Salma Hayeki şantaj edir: "Qızını oğurlayacam"
İki xanım pərəstişkarı Hollivud ulduzu Salma Hayeki şantaj edib. Cia.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, onlar Salmaya 7 yaşlı qızı Valentinanı oğurlayacaqları ilə bağlı məktub göndəriblər. Məktubda "Mən bilirəm ki, sənin qızın harada olacaq. Onun həyatının dəyəri nə qədərdir?" sözləri yazılıb. Hayek qızların təkcə məktub yazmadıqlarını, onunla əlaqə saxlamaq üçün başqa yollara da əl atdıqlarını bildirib. Daha sonra aktrisa məhkəməyə müraciət edib.
Məhkəmə qərarına əsasən onu şantaj edən qızlar aktrisaya, həyat yoldaşına və qızına yaxınlaşa bilməz. Hətta onlarla əlaqə belə saxlamağa cəhd etməsinlər. Salma müvəqqəti olan bu qərarın ömürlük edilməsinə çalışır.
Qeyd edək ki, S.Hayek biznesmen Fransua Anri Pino ilə 2009-cu ildə ailə qurub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.