banner
banner

Dünya

Soyuq ingilis zarafatı: "Bəlkə kürd agentidir..."

Soyuq ingilis zarafatı:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başına quş qonduğu foto İngiltərə mətbuatında istehza mövzusu olub. 

“The Independent” qəzeti hadisəyə geniş yer verib. Qəzet əvvəlcə bu hadisənin xeyirə yozulmadığını, Ərdoğana zərər gətirəcəyini yazıb. 
 
Qəzetin müxbiri Bezan Makernan isə bu maraqlı hadisəyə heç də xoş baxış nümayiş etdirməyib. Hadisəyə ayrıca bir yazı həsr edən müxbir yazıb: “Ərdoğanın başına qonan quş bəlkə də kürd agentidir. Bilmək olmaz, bəlkə də Ərdoğanın "göz açdırmadığı" etirazçı, internet istifadəçisi, jurnalist tərəfindən təlim edilib”. 
 
Qeyd edək ki, məscid açılışında iştirak edən Ərdoğanın başına quş qonmuşdu. Mühafizəçilər quşu uzaqlaşdırmaq istəsələr də ölkə prezidenti bu maraqlı hadisəyə gülərək reaksiya vermişdi.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.