banner
banner

Sosİal

Bakı yol polisindən velosiped sürücülərinə- Xəbərdarlıq

Bakı yol polisindən velosiped sürücülərinə-

Velosiped, motosiklet və moped sürücüləri işıqforun qırmızı işığında hərəkət edərək avtomobil sürücülərinə təhlükə yaradır. 

Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, bundan sonra Yol hərəkəti haqqında qanuna əsasən velosipedçilər və motosikletçilər onlara aid hüquq vəzifələrini tənzimləyən qanunun tələblərini yerinə yetirməsələr, məsuliyyətə cəlb olunacaqlar: 

“Bu tələbləri yerinə yetirmək ilk növbədə onların özlərinin, daha sonra isə digər hərəkət iştirakçılarının təhlükəsizliyi deməkdir. Biz günün qaranlıq, həmçinin istənilən saatlarda yolun hərəkətinin əksi istiqamətində avtomobillərin sıx və intensiv yerində velosipedlərin idarə olunmasının şahidi oluruq. Bu faktlar aşkar olunan kimi dərhal tərəfimizdən qanunauyğun tədbirlər görülür və onlar məsuliyyətə cəlb olunur. Bu tədbirləri davam etdirəcəyik. İnsanların təhlükəsizliyi üçün bu tədbirlər dayandırılmayacaq”.

V.Əsədov velosiped və motosiklet sürücülərinə müraciət edərək, onları yollarda daha diqqətli olmağa çağırdı: 

“Dəfələrlə mətbuat vasitəsi ilə yol hərəkəti qaydalarını pozan velosiped sürücülərinə müraciət etmişik, yenə də edirik. Yaxşı olardı ki, onlar yolda öz həyatları və eyni zamanda, digərləri üçün təhlükə yaratmasınlar. Biz öz üzərimizə düşən işləri görürük, amma onlar da insan həyatının dəyərini anlamalı və diqqətli olmalıdırlar”.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.