Bir neçə gün əvvəl cəbhə bölgələrinə yollanmış Əfqanıstan müharibəsi veteranlarının bir qrupu Bakıya dönüb. Müdafiə Nazirliyinin rəsmi saytı xəbər verir ki, bir həftə davam edən səfər çərçivəsində keçmiş beynəlmiləlçi-döyüşçülər hərbi hissələrin şəxsi heyəti, eləcə də yerli əhalisi ilə görüşüb, düşmənlə təmas xəttində xidməti şəraitlə tanış olub, gənc əsgərlərlə müxtəlif hərbi peşələr üzrə nümunəvi dərslər keçib və əllərinə silah alaraq Vətən müdafiəçiləri ilə birlikdə ön səngərdə gecə döyüş növbəsində durublar.
Dəfələrlə Ermənistan silahlı bölmələri tərəfindən atəşkəs rejiminin pozulduğunun şahidi olan vətənpərvər oğullar düşmənin susdurulmasında da yaxından iştirak ediblər. Şəhidlər Xiyabanını ziyarətlə başlanan cəbhə bölgələrinə səfərin iştirakçılarını Şəmkir şəhərində Əfqanıstan müharibəsinin fəal döyüşçülərindən olan Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov qarşılayıb. O, bu səfərin həm hərbi hissələrin şəxsi heyətinin, həm də yerli əhalinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində müstəsna rol oynayacağına əminliyini bildirib.
Səfərin iştirakçıları Tovuz, Qazax, Gədəbəy, Ağdam, Tərtər, Goranboy bölgələrində, ön səngərlərdə olublar.
“Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri, Qarabağ müharibəsinin iştirakçısı Məhəmməd Vəliyev səfər təəssüratlarını bölüşərək qeyd edib ki, bu səfər unudulmaz və yaddaqalan tarixi hadisəyə çevrilib: “İlk növbədə milli ordumuzun qüdrətlənməsinin, əsgəri xidmət üçün gözəl şərait yaradılmasının, Azərbaycan əsgərinin döyüş ruhunun, vətənpərvərlik hissinin necə yüksəldiyinin şahidi olduq. Cəbhəboyu yaşayış məntəqələrində görüşlər zamanı ordu ilə xalqın monolit birliyinə bir daha əmin olduq. Həqiqətən xalq öz ordusuna inanır, ordu isə xalqın etimadını Vətənə sədaqətli xidməti ilə doğruldur”.
Əfqanıstan müharibəsindən iki “Qırmızı Döyüş Bayrağı” ordeni ilə Vətənə qayıtmış ehtiyatda olan zabit Şakir Əhmədov, “Qırmızı Ulduz” ordenli Əbülfət Hüseynov, “İgidliyə görə” medalı ilə təltif olunmuş Məhiyyəddin Rüstəmov və başqaları yenidən cəbhə bölgələrinə qayıtmaq, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda son döyüşlərə atılacaq Vətən müdafiəçiləri ilə birlikdə Qarabağa zəfər yürüşündə xilaskar döyüşçü kimi iştirak etmək arzusunda olduqlarını bildiriblər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.