banner
banner

Gündəm

“Üç uşağını qoyub Bakıya qaçıb...”- Yoxa çıxan gəlinin əri və ailəsi danışdı

“Üç uşağını qoyub Bakıya qaçıb...”-

Xəbər verdiyimiz kimi, dünən Daxili İşlər Nazirliyi Ucar rayonunun Qaracallı kəndində yaşayan 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmovanın iyulun 31-də evdən xəbərsiz getməsi və bir daha qayıtmaması ilə bağlı məlumat yayıb. 

Cia.az xəbər verir ki, Baku.WS saytı Şəlalənin ailəsi ilə əlaqə saxlayıb. Məlum olub ki, o, ailəli olub və 3 uşağı var. Onun hara getməsindən, ailə üzvlərinin xəbəri olmayıb. Qayınatası Azər Rüstəmovun sözlərinə görə, Şəlalənin yataq otağında olmadığını görəndə ilk olaraq ağıllarına gəlinin intihar etməsi və yaxud ailəni qorxutmaq üçün haradasa gizlənməsi gəlir.

Gecə saatlarında Şəlaləni axtaran zaman məlum olub ki, gəlin özünə məxsus qızılları və qaynatasına məxsus mobil telefonu, həyətdə olan avtomabilin açarını götürərək evdən qaçıb.

Olay baş verən gecə ailə ilk olaraq Şəlalənin valideyinlərinə xəbər verib. Qayınananın sözlərinə görə, qızının evinə gələn Şəlalənin valideynləri özlərini bir qədər şübhəli və sərbəst aparıblar

Şəlalənin həyat yoldaşı Arif Rüstəmov Rusiyada olduğundan hadisədən səhəri gün telefonla xəbər tutaraq evlərinə geri qayıdıb. Bir-birlərini sevərək ailə qurduqlarına deyən ər, sevdiyi xanım onu və üç az yaşlı övadını ataraq nə vaxtsa qaçacağına ağlına gətirmədiyini deyib. 

Yoldaşının sözlərinə görə Şalalənin telefonu olmasa da, son bir neçə ayda gizlin şəkildə telefon işlədib. Bütün hadisələr də bundan sonra baş verib. Hadisə baş verən gündən bir neçə gün sonra Şəlalə anasına zəng edərək Bakıda sağ və salamat olduğunu bildirib. Bütün olanlara baxmayaraq, uşaqların xətrinə ailə gəlini qəbul edəcəyi sözünü verib. "Yetər ki gəlsin, uşaqların və ailəni gözü yaşlı qoymasın”, - deyə ailə üzvləri bildirir. 

Şəlalə Rüstəmovanı itkin düşdükdən sonra görənlərdən və barəsində məlumatı olanlardan DİN-in 102 Xidmətinə, həmçinin (050) 471-00-10  və ya Ucar Rayon Polis Şöbəsinə (02021) 3-15-85 nömrəli telefonlara zəng vuraraq məlumat vermələri xahiş olunur. 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.