banner
banner

Hərbİ

İşdən çıxarılan hərbçilər haqda - RƏSMİ AÇIQLAMA

İşdən çıxarılan hərbçilər haqda -
Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə aparılan kadr dəyişiklikləri ilə bağlı rəsmi açıqlama verib. 
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Müdafiə Nazirliyində aparılan yerdəyişmələrlə bağlı məsələdə kriminal axtarmağa ehtiyac yoxdur: "Bu cür dəyişikliklər təbii qəbul edilməlidir. 2014-cü ilin yekunları və ondan sonrakı dövrdə müxtəlif sahələr üzrə Silahlı Qüvvələrdə aparılan yoxlamaların nəticələrindən sonra nöqsanlara yol verən hərbi qulluqçulara bir neçə dəfə xəbərdarlıq olunub. Müdafiə Nazirliyi rəhbərliyinin cəbhəboyu zonadakı apardığı son yoxlamaların nəticələrinə əsasən əvvəllər edilən xəbərdarlıqdan nəticə çıxarmayan şəxslər barədə müvafiq qərarlar qəbul edilib, nöqsanlara yol verənlərin bir qismi aşağı vəzifəyə keçirilib, digərləri isə kənarlaşdırılıb. Eyni zamanda nailiyyətləri olan şəxslər vəzifədə irəli çəkilib. Bu kimi tədbirlər Silahlı Qüvvələrimizdə mütəmadi olaraq həyata keçiriləcək. Media nümayəndələrinə bu məsələdə qeyri-adilik axtarmamağı, kimin hansı rütbədə, hansı vəzifəyə təyin olunması və kənarlaşdırılması barədə məlumatları yaymamağı bir daha tövsiyə edirik".
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.