banner
banner

Gündəm

Cavid Hüseynovun anası danışdı

Cavid Hüseynovun anası danışdı

Xalidə Hacıyeva: “Oğlumun təqsirsizdir, o, qarışqanı belə incidəcək adam deyil”

“Cavid hər işində ailəsi ilə məsləhətləşirdi. Klubla bağlı işlərində belə qardaşı və mənimlə məsləhətləşərdi. Cavidin zərrə qədər də olsun günahı yoxdur”.
Bu sözləri musavat.com-a açıqlamasında jurnalist Rasim Əliyevin ölümünə görə həbs edilən “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynovun anası Xalidə Hacıyeva deyib. 
Oğlunun günahsız olduğunu deyən X.Hacıyeva mətbuatda ailələri və Cavid haqda yazılanların həqiqəti əks etdirmədiyini söyləyib. 
X.Hacıyeva Cavid Hüseynovla Elşən İsmayılov arasında yaxın münasibətlərin olmadığını deyib: “Elşəni 23 il ərzində 2 dəfə görmüşəm. Onlarla qohumuq, amma ailələr arasında çox gediş-gəliş olmayıb. Bibi-dayı oğludular, buna baxmayaraq aralarında yaş fərqi çoxdur. Həm də Cavid ailəlidir, görüşməyə vaxtı yox idi”. 
X.Hacıyeva oğlunun E.İsmayılovun (Cavid Hüseynovun bibisi oğlu red.) səhvinə görə cəzalandırılmasını istəmədiyini söyləyib: “Bunu oğlum olduğu üçün, onu müdafiə etməyə görə demirəm. Cavid bir qarışqanı incidəcək insan deyil. Onu tanıyan tanıyır”. 
 
Cavid Hüseynovun anası musavat.com-a danışdı
 
X.Hacıyeva hadisədən Rasim Əliyevin ölümündən sonra xəbər tutduğunu bildirib: “Xəbərimiz yox idi. Günəşli qəsəbəsində olan evimizə polis əməkdaşları gedib. Biz orda qalmırdıq. Qonşular bizə zəng etdi ki, bəs sizi polis axtarır. Polislər Cavidi Qəbələyə gedəndə Şamaxı postunda saxlayıblar. Ordan da Səbayel Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə aparıblar. İzahat alıb buraxıblar”.
 
X.Hacıyeva deyib ki, Cavid Hüseynov evə qayıdandan sonra hadisə haqda ətraflı danışmaq istəyib: “Evə gələndə dedi ki, izahat verdi. Jurnalisti döyənlərlə üzləşdirildim. Elşəndən başqa heç biri məni tanımırdı. Elə bir halda idi ki, əlavə nəsə danışmaq istəmirdi. Cavidə səhər 8-də yenidən bölməyə gəlməsini demişdilər”.
 
Xatırladaq ki, avqustun 8-də jurnalist Rasim Əliyev Bayıl qəsəbəsində Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov və onun 4 dostu tərəfindən döyülmüşdü. Rasim Əliyev avqustun 9-da xəstəxanada vəfat etmişdi. Jurnalistin ölümünə görə, Cavid Hüseynov, Elşən İsmaylov və jurnalistin döylməsində iştirak edən digər 4 nəfər də həbs edilib.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.