banner
banner

Gündəm

“Hökm də ittiham aktının təkrarı olacaq”

“Hökm də ittiham aktının təkrarı olacaq”
Avqustun 19-da Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəməsi davam etdi. Proses X.İsmayılın zərərçəkmiş Tural Mustafayevla bağlı psixoloji ekspertiza rəyinin məhkəmədə elan olunmasına dair  vəsatəti ilə başladı. 
Təqsirləndirilən şəxs bildirdi ki, həbs olunduğu gün müstəntiq ona həmin sənədi göstərib, sənəddə Tural Mustafayevin 2 ildir ki, psixoloji probleminin olduğu qeyd olunub: “Proses zamanı həmin sənədi tapa bilmədilər, hakim bildirdi ki, sənəd tapılıb elan olunacaq. Biz istintaq qarşısında vəsatət qaldırmışdıq ki, ekspertiza keçirən ekspertlər bizimlə razılaşdırılsın. Həmin ekspertlər qarşısında bizim də suallarımız qoyulsun. Vəsatətimiz qismən təmin olunmuşdu. Ekspert bizimlə razılaşdırıldı, amma suallarımız qoyulmadı. Nəticədə bəlli oldu ki, aldadılmışıq, 3 ekspert rəy verib, onlardan yalnız biri bizimlə razılaşdırılıb. Prosessual Məcəlləyə görə, 10 gün ərzində ekspertin rəyi təqsirləndirilən şəxsə təqdim edilməlidir. Dekabrda verilmiş rəy mənə fevralda təqdim olunub. Bu, qanunun kobud şəkildə pozulmasıdır. Əgər həmin qanun pozuntusunu sübut kimi qəbul edirsinizsə, buyurun, davam edin”. 
Daha sonra müdafiə tərəfi vəsatət verdi. Aktı hazırlayan 4 nəfər ekspertin - Bakı Vergilər Departamentinin Dövlət Vergi müfəttişləri İmran Nurməmmədov, Elçin Əliyev və Məhkəmə Ekspertiza Mərkəzinin nümayəndələri Emin Məmmədli və Zaur Məmmədovun məhkəmədə şahid qismində dindirilməsi xahiş edildi.
Xədicə İsmayıl vəsatətə münasibət bildirdi: “Görünür ki,  haqqımda nəsə yazılmalı idi və onlar da yazıblar. Heç bir fakta əsaslanmayıblar, orada yazılanlar tamamilə uydurmadır. Mən nəinki nümayəndəliyin rəhbəri olmuşam, heç onlarla əlaqəm olmayıb. Mən Bakı Bürosunun rəhbəri olmuşam. Bakı Bürosu isə Azərbaycan nümayəndəliyi deyil. Bu sadə faktı bilmək üçün heç universitet oxumaq lazım deyil, elə 3 sinif oxumaq kifayətdir. İnanmıram ki, Vergilər Nazirliyinin əməkdaşları elə savadsız olsunlar ki, bunu başa düşməsinlər. Bilirəm ki, siyasi sifariş verilib deyə belə yazmağa məcbur olublar. Biz burada qatığın ağ olduğunu sübut etməyə çalışırıq. Təəssüf ki, məhkəmə prokurorluğun fikirlərini təkrarlamaq vərdişindən əl çəkmək istəmir. Güman edirəm ki, hökm də ittiham aktının təkrarı olacaq. Biz əslində burada məhkəməyə nəsə sübut etmək istəmirik. Sadəcə, özümüz üçün 2 məsələni aydınlaşdırmaq istəyirik. Birinci, məhkəmənin araşdırmaya kifayət qədər imkan tanıyıb tanımaması məsələsini; ikinci, Vergilər Nazirliyi və prokurorluq da daxil olmaqla, bütövlükdə hökumətin bu qərəzdə iştirakı. O ki qaldı aktı tərtib edənlərlə bağlı vəsatətə, mən sadəcə o aktı tərtib edənlərin üzünə baxmaq istəyirəm”.
 
Xədicə İsmayıl qeyd etdi ki, ona verilən 5 maddənin 4-ü AzadlıqRadiosu ilə bağlıdır, maliyyə məsələlərinə məsuliyyət daşımadığı halda ehtimal olunan pozuntularla bağlı ekspertlər tərəfindən rəylər verilib: “Artıq 8 aydır ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun və Vergilər Nazirliyinin qanunsuz hesab etdiyimiz müdaxiləsi nəticəsində AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyinin fəaliyyəti iflic vəziyyətinə düşüb. 
İstintaqın dedikləri həqiqət olsaydı belə, bu əmələ görə hər hansı şəxsi əmlakı talama cinayətində ittiham etmək məntiqsizdir, burada yalnız vergidən yayınmadan söhbət gedə bilərdi. Görünür, bu cür nəticə istintaq orqanlarının planlarına uyğun gəlmədiyindən Xədicə İsmayıla qarşı sanksiyası 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 179.3.2-ci maddə ilə ittiham irəli sürülüb".
 
Prokuror bütün vəsatətlərin əleyhinə çıxış etdi, yalnız aralıq aktı hazırlayan ekspertlərdən birinin dindirilməsinə etiraz etmədi.
 
Daha sonra məhkəmə heyəti vəsatətlərin müzakirəsi ilə bağlı müşavirəyə getdi. Yalnız aralıq aktını tərtib edən ekspertlərin dindirilməsi ilə bağlı vəsatət qismən təmin edildi. 4 ekspertdən ikisinin - Bakı Vergilər Departamenti əməkdaşlarının prosesə çağırılması qərarı verildi. 
Fasilə bir saata qədər davam etdi. Fasilədən sonra bir vergi əməkdaşının dindirilməsinə start verildi. Lakin iş vaxtı bitdiyindən proses bu gün saat 11:00-a təxirə salındı. 

Fariz Namazlı mətbuata açıqlamasında avqustun 20-də keçiriləcək prosesdə prokurorun X.İsmayıla iş istəyə biləcəyini dedi. 

Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.