Star Medianın rəhbərinə silahlı hücum - 20 dəfə atəş açdılar
Türkiyədə Star Media Qrupun rəhbəri Murat Sancaqa sui-qəsd cəhdi olub.
Cia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Sancaqın avtomobilini vuran üzləri maskalı iki terrorçu daha sonra maşından düşərək ona atəş açıblar. Media Qrupun rəhbərinin mühafizəçisi terrorçulara silahla qarşılıq verib. Maskalı şəxslər 20 dəfə atəş açsalar da, Sancaq hücumdan xəsarət almadan xilas ola bilib.
Hücumdan sonra əraziyə çoxlu sayda polis əməkdaşları cəlb edilib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.