banner
banner

Sosİal

Azərbaycanda harada sürüşmə ola bilər?

Azərbaycanda harada sürüşmə ola bilər?

Azərbaycanın bəzi ərazilərində torpaq sürüşmələrinin aktivləşəcəyi ehtimal olunur. Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib. 

Onun sözlərinə görə, nazirliyin apardığı mütəmadi monitorinqlər göstərir ki, bəzi rayonlarda sürüşmə qaçılmazdır.

O, bunu rayonlarda son günlər intensiv yağan yağışlarla əlaqələndirib: “Sürüşməni aktivləşdirən yağan yağışlardır. Bilirsiniz ki, son günlər bəzi rayonlarımıza intensiv yağışlar yağır. Bu isə təbii ki, sürüşmə zonalarında aktivliyi artırır. Azərbaycanın Abşeron, Zığ, Astara, Muğanlı, İsmayıllı və Xınalıq yolu daim sürüşmənin aktiv olduğu bölgələrdir. Yəni bu ərazilərə yağış yağan kimi cüzi də olsa sürüşmələr başlayır”.

Sürüşmənin təbii proses olduğunu və bunun qarşısını almağın mümkünsüzlüyünü qeyd edən Ə.Piriyev bildirib ki, nazirlik ekzogen proseslərin baş verməməsi üçün həmin ərazilərdə iynə yarpaqlı ağaclar əkir.

Nazirlik rəsmisi sürüşmələrin aktivliyini azaltmaq üçün əhalini də diqqətli olmağa çağırdı: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi sürüşmələrin aktivliyini azaltmaq məqsədilə bir sıra tədbirlər həyata keçirir. Amma burada əhalinin də üzərinə çox böyük məsuliyyət düşür. Gərək sürüşmə zonasında yaşayan insanlar ağacları qırmasınlar, kanalizasiya və çirkab sularını kor-koranə axıtmasınlar. Bütün bunlara riayət olunarsa, cüzi də olsa sürüşmə aktivliyi azalmış olar”.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.