banner
banner

Sosİal

Bu gün qaz olmayacaq

Bu gün qaz olmayacaq

Avqustun 26-da Bakının Yasamal, Sabunçu, o cümlədən də Şamaxı və Şəki rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq. 

Cia.az-ın “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumatına görə, Xüsusi Dövlət Əhəmiyyətli obyektlərin fasiləsiz təbii qazla təmin edilməsi, müxtəlif diametrli qaz xətlərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması, yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi və mövcud orta təzyiqli qaz xətləri üzərində siyirtmə və qaz tənzimləyici qurğularının quraşdırılması ilə əlaqədar avqustun 26-da saat 9-dan işlər yekunlaşdırılanadək Yasamal rayonunun H.Cavid prospekti, V.Əliyev, Z.Kərimov, X.Mustafayev və X.Dadaşov küçələrinə, Sabunçu rayonunun Kürdəxanı, Məhəmmədli, Pirşağı, 2 saylı sovxoz və Nardaran qəsəbələrinə, Şamaxı və Şəki rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.