banner
banner

Sosİal

Facebook Azərbaycanın ictimai rəyidir?

Facebook Azərbaycanın ictimai rəyidir?

Son illər Azərbaycanda ictimai kəsimin “döyünən ürəyi” sosial şəbəkə, daha dəqiq desək, facebookdur. Proseslər burda müzakirə olunur, xəbərlər burda verilir, aktiv dartışmalar, polemikalar burda öz əksini tapır. Ona görə də belə fikir yayılır ki, öz enerjisini, etirazını, qəzəbini sosial şəbəkədə ifadə edən toplum küçələrə çıxmağa, prosesləri dəyişdirməyə çalışmır. 

Elementar bir misal: müxalifətin hansısa aksiyası zamanı meydanda hesab edək ki, 1000 nəfər olursa, sosial şəbəkədə onun xəbərini yayan, evində oturub, mitinq şəkilləri paylaşan, “haydı irəli” tipli statuslar yazan minlərlə insan üzə çıxır. 
 
Siyasətçilər az qala prosesləri sosial şəbəkədən idarə etməyə çalışır. Partiya daxilindəki qruplar, orda gedən aramsız müzakirə və mübahisələr, güc savaşları, əzələ nümayişləri... Bütün bunlar kiçicik bir məkanda gerçəkləşir. Bir də baxırsan, ciddi bir siyasi məsələnin müzakirəsi, qərarın qəbulu anında “layk krizisi” yaşanır. Siyasətçilər artıq layk sayır, status, şərhlərin arxasındakı məqamlardan ciddi nəticə çıxarırlar. Bu isə aparılan siyasətin faydasız nəticəsinə gətirib çıxarır. 
 
Son illərdə isə sosial şəbəkələr tək şəhərlərdə deyil, eləcə də rayon yerlərində populyarlaşıb. Rayon sakinlərinin sosial şəbəkələrdə, xüsusən facebookda aktivliyi şəhərlilərdən artıq çox az geri qalır. Facebookda rayonların qrupları var. Həmin qruplarda rayonlarla bağlı problemlər, xəbərlər, məlumatlar öz əksini tapır.
 
Gedən proseslər isə göstərir ki, bölgələrdəki insanları sosial şəbəkələrə itələyən səbəblər də müxtəlifdir. Belə ki, rayonlarda xeyli problem var: İşsizlik, məmur özbaşınalığı... İcra başçılarının rayonlardakı hegemonluğu, özbaşınalığı insanları qəzəbləndirir. Bölgələrdə müstəqil mətbuat orqanları fəaliyyət göstərmir. Heç də hamının paytaxta gəlib, öz dərdini anlatmaq imkanı yoxdur. Bu səbəbdən də insanlar dərdini sosial şəbəkədə bölüşür, çarə axtarır. Bundan başqa, əhalinin qəzet almağa da imkanı yoxdur. Əlində müstəqil qəzet tutan rayon sakini barədə avtomatik olaraq çuğulçular icra hakimiyyətinə məlumat verəcəklər ki, bu da son nəticədə həmin şəxsə problem yaradacaq. Odur ki, çox vaxt gizli niklərlə profil yaratmaq, yaşadığı rayon barədə məlumatları sosial şəbəkə vasitəsilə paylaşmaq da çıxış yollarından biri sayılır. 
 
Çünki son dövrlərdə təşkil olunmuş aksiyalar da göstərdi ki, sosial şəbəkələrdən istifadə edənlər daha aktiv, daha tez bu məsələləri yaya bilirlər. Sürətlə yayılır və sosial şəbəkədə fəal əhali bundan istifadə edir.

Amma sosial şəbəkənin yarandığı gündən təyinatı əsasən əyləncə xarakterli olub. Tanışlıq, söhbətləşmək, fotoların, əyləncələrin paylaşılması, dostlarla əlaqə vasitəsi... Dünya insanı bundan ancaq sözügedən təyinat üzrə istifadə edib. Dünyanın tanınmış liderləri, siyasətçiləri üçünsə öz siyasi mesajını ünvanlamaq vasitəsi əsasən tvitter olub. Facebook bu məqsədlər üçün adekvat qəbul olunmayıb. 
 
Azərbaycanda facebookun öz təyinatını daha çox siyasi istiqamətə yönləndirməsi isə Tunis  hadisələrindən sonra baş verib. Belə ki, Misirdəki inqilabın əsas hərəkətverici qüvvəsi sosial şəbəkə olub. Bu modelin uğurlu ola biləcəyinə inanan azərbaycanlılar eyni xətt üzrə getsələr də, proseslər fərqli cərəyan etdi. Son nəticədə facebook fırtınaları, facebook inqilabları və facebook qəhrəmanları cəmiyyətdə tüğyan edir. 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.