Türkiyə Liviya vətəndaşlarına yenidən viza tətbiqinə başlayıb.
Cia.az Reuters-ə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Liviyanın Ankara səfirliyinə göndərdiyi 25 avqust tarixli notada vətəndaşlarının 25 sentyabrdan etibarən Türkiyəyə viza ilə girə biləcəklərini qeyd edib.
Liviya Xarici İşlər Nazirliyindən Məhəmməd Təvil adlı səlahiyyətli bu qərarın səbəbini bilmədiyini qeyd edib.
Qeyd edək ki, Türkiyə və Liviya 2009-ci ildə qarşılıqlı olaraq vizaları aradan qaldırmışdı.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.