Yeddi saat ac-susuz prezidenti gözlədilər - 3 nəfər istidən öldü
Türkmənistanda isti hava altında prezidentin gəlişini gözləyən üç nəfər dünyasını dəyişib.
7 saat ölkə başçısı Qurbanqulu Berdimuhammedovun iştirakı edəcəyi təntənəli mərasimin başlayacağı stadionda gözləməli olan 10 nəfər xəstəxanaya yerləşdirilib. Aralarında uşaq olmaqla isə üç nəfər ölüb.
Havanın temperaturunun həmin gün 40 dərəcədən yüksək olduğu bildirilir. İnsanlara stadionun açılışı üçün səhər saat 5-dən orada olmaq tapşırılıb, Berdimuhammedov isə saat 11:45-də gəlib. Bütün bu vaxt ərzində isə uşaqdan böyüyüə qədər hər kəs onu aya üstə gözləyib. Məlumata görə, onlara su içmək, yemək yemək və tualetə getməyə icazə verilməyib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.