banner
banner

Gündəm

Ən az emosional olan ölkələr- Azərbaycan ikincidir...

Ən az emosional olan ölkələr-

Səkkiz postsovet respublikası, o cümlədən də Azərbaycan ən az emosional ölkələrdən biri olub, bunu Callup-un məlumatları sübut edir. 

SSRİ-nin əksər ölkələri ən az emosional ölkələr sırasına düşüb. Ən aşağı göstərici Banqladeşdə olub – cəmi 37% təsdiqləyici cavab.

Bir qədər yüksək göstərici Gürcüstan, Azərbaycan və Monqolustanda olub – hər birində 38%. Belarus və Sudan 39%, Rusiya, Ukrayna və Litvanın göstəricisi isə 40% olub. Moldova və Qazaxıstan, Kosovo, Bosniya və Myanma 41% göstərici ilə bir qədər yuxarıda yerləşiblər.

Ən emosional ölkələr isə Latın Amerikasının nümayəndələri olub. Siyahıya Boliviya və Salvador (59% təsdiqləyici cavab ilə) liderlik ediblər. İlk onluğa Ekvador, Filippin, Nikaraqua, Qvatemala, İraq (58%), Kambodca, Kolumbiya, Kosta-Rika (57%) düşüb. Eləcə də 57% təsdiqləyici cavabı Qonduras da nümayiş etdirib.

Sorğu 2014-cü ildə 148 ölkədə aparılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.