Son günlər müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu, Şirvan şəhər sakini Orxan Şahin oğlu Kazımzadə barədə mediada yazılan yazılar barədə Daxili Qoşunlardan rəsmi açıqlama gəlib.
Cia.az həmin açıqlamanı təqdim edir:
Şirvan şəhər sakini Orxan Şahin oğlu Kazımzadə müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu kimi Daxili Qoşunlarda xidmət etdiyi müddətdə üzərində 8 intizam cəzası olub.
Tutulmuş iradlardan, onunla aparılan söhbətlərdən və verilən intizam cəzalarından düzgün nəticə çıxarmadığına görə xidmət etdiyi hərbi hissədə gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların şərəf məhkəməsində xidməti fəaliyyəti müzakirəyə çıxarılıb.
O.Kazımzadə şərəf məhkəməsinin vəsatəti ilə 6 dekabr 2014-cü ildə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən silahlı qüvvələrə ehtiyata buraxılıb.
Orxan Kazımzadənin tərxis olunduqdan sonra işsiz kimi müavinət alması üçün ona hərbi hissədən arayış verilməsinin yubandırılması barədə söylədiyi fikirlər tamamilə əsassızdır.
Qeyd edək ki, hərbi hissə tərxis olunan hərbi qulluqçuya xidmət müddəti ərzində təmin olunduğu əməkhaqqı barədə arayış verməyə borclu deyil. Bu kimi sənədlər yalnız rəsmi müraciətlər əsasında verilə bilər.
Məlumat üçün bildiririk ki, Şirvan şəhər sakini Orxan Şahin oğlu Kazımzadə 6 iyul 2015-ci ildə hərbi hissəyə gələrək ona son 1 il müddətində aldığı əməkhaqqı barədə arayışın verilməsi üçün ərizə ilə müraciət edib. 5 avqust 2015-ci il tarixdə O.Kazımzadənin yazdığı ərizəyə uyğun olaraq, əməkhaqqı barədə arayış şəxsən özünə təqdim edilib. Hərbi hissə tərəfindən vətəndaşın müraciətinə baxılması müddəti pozulmayıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.