banner
banner

Sosİal

Bakıda erməni məhsulları satılır

Bakıda erməni məhsulları satılır

Bakının bəzi iri marketlərində üzəri erməni dilində markalanmış məhsullar satılır.

Bu barədə AzNews.az-a Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov məlumat verib. Erməni məhsullarının satıldığı ünvanların adalarını da açıqlayan AİB sədri ərzaqların ölkəyə hansı yolla ayaq açdığını da gizlətməyib.

E.Hüseynov bildirib ki, paytaxtın iki nöqtəsində - Nəsimi rayonu, S.Əsgərov küçəsində və Nərimanov rayonu, Ziya Bünyadov 54 ünvanında Ermənistan şirkəti tərəfindən istehsal olunan yulaf ("Gerkules") və başqa məhsullar satılır. Onun sözlərinə görə, bu xəbəri Azərbaycan İstehlakçılar Birliyinə sakinlər veriblər:
“İstehlakçılar həmçinin məhsulu Birliyə təqdim edəndə həmin məhsulların üzərində Azərbaycan dilində heç bir məlumatın olmadığını gördüm. Halbuki, “Dövlət dili haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlara uyğun olaraq Azərbaycana gətirilən məhsullar milli dildə markalanmalıdır. Alıcı məhsulun tərkibini, yararlılıq tarixini, onun zərərli olub-olmadığını öyrənməlidir. Lakin bəzi marketlərdə bu kimi məhsullar satılır. Həmin məhsullarla bağlı dəfələrlə məlumat verilsə də, təəssüflər olsun ki, heç bir rəsmi dövlət orqanı hərəkətə keçməyib. Hələ də qablaşdırılması erməni dilində olan məhsullar ölkədə satılır”.

AİB sədri sözügedən məhsulların ölkəyə xüsusi mütəşəkkil dəstə tərəfindən gətirildiyini söylədi.

Azad İstehlakçılar Birliyinin araşdırması nəticəsində markalanması ermənicə aparılan qarabaşağın “Siren” şirkəti tərəfindən istehsal olunduğu məlum olub.

Qeyd edək ki, vətəndaşlar həmin məhsulları alarkən kassadan verilən qəbzi də Birliyə təqdim ediblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.