banner
banner

Sosİal

Bu dairədə dəyişiklik edildi- Sürücülərin nəzərinə+Foto

Bu dairədə dəyişiklik edildi-

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci kilometrliyində, “Sulutəpə dairəsi”ndə tıxacların aradan qaldırılması və nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün əlavə tədbirlər görülüb. 

 Cia.az-ın “Azəryolservis”in saytına istinadən məlumatına görə, sözügedən yolda nəqliyyat vasitələrinin hərəkətində dəyişiklik edilib: “Bundan əvvəl dairəyə Şamaxı istiqamətindən daxil olan nəqliyyat vasitələri dairədə hərəkətdə olan digər nəqliyyat vasitələrinə yol verdikdən sonra hərəkətlərinə davam edirdilər. Bu isə həmin istiqamətdə tıxacın yaranmasına səbəb olurdu. İndi isə həmin istiqamətdən gələn nəqliyyat vasitələri dairədə gözləmədən hərəkətlərinə davam edə bilirlər. Digər istiqamətdən daxil olan nəqliyyat vasitələri isə gözlədikdən sonra yollarına davam edirlər. Bunun üçün dairədə artıq müvafiq yol nişanları da quraşdırılıb”.

Bundan başqa, dairəyə daxil olan yollarda genişləndirmə işləri də həyata keçirilib. Yolun kənarlarında yerləşən və səki daşları ilə əhatə olunmuş təhlükəsizlik adaları kiçildilib. Nəticədə yolun hərəkət hissəsi 3-3,5 metr genişlənib. Dairəni keçməklə Şamaxı istiqamətinə doğru olan yolun kənarında olan əyri xətli dəmir tirlər də kəsilərək, götürülüb. Bununla da, bu istiqamətdə də yolun hərəkət hissəsi nəzərə çarpacaq dərəcədə genişlənib. 

Sulutəpə dairəsində tıxacların aradan qaldırılması üçün atılan addımlardan başqa dairəyə daxil olan yollarda deformasiyaya uğramış yolun hərəkət hissəsinin bərpa edilməsi işləri də aparılıb. Köhnə asfalt-beton örtüyü qaşınaraq, daşınıb və həmin hissələrə yeni asfalt örtüyü döşənib. Həmçinin əyilmiş, sıradan çıxmış əyri xətli dəmir tirlər yeniləri ilə əvəzlənib.

 “Azəryolservis”dən bildirblər ki, dəyişikliklər bu ərazidə nəqliyyat axınına müsbət təsir edərək, nəqliyyat sıxlığının azalmasına səbəb olub.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.