banner
banner

Şou

İkinci dəfə nişan qaytardılar

İkinci dəfə nişan qaytardılar

“Karton ev” serialının ulduzları Robin Raytla Ben Foster ikinci dəfə nişanlarını pozublar. 
Cia.az xarici mətbuata istinadən xəbər verir ki, hələ 2013-cü ildə evlənəcəklərini elan edən cütlük ötən ilin noyabrında ayrılmışdı. Bu ilin yanvarında yenidən barışan Robinlə Ben münasibətlərini uzun müddət davam etdirə bilməyiblər. Tanınmışların nişanlarını pozmasının səbəbi bilinmir. 
Xatırladaq ki, Robin Rayt daha əvvəl 2 dəfə - aktyor Deyn Uizerspun və Şon Pennlə ailəli olub. Ben Foster isə heç vaxt ailə qurmayıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.