Xalq artisti Flora Kərimovanın səhhətində problem yaranıb.
Cia.az xəbər verir ki, sənətkar ANS PRESS-ə açıqlamasında, iki gün əvvəl bağ evinin həyətində yıxılaraq qabırğasını əzdiyini bildirib: "Bağda gəzirdim, arxaya doğru addımlamaq istəyəndə ayağım çuxura düşdü. Möhkəm yıxıldım. Sağ tərəfdən ön qabırğam məni bərk incidir; nəfəs alanda ağrı verir, normal hərəkət edə bilmirəm. Əvvəlcə elə bildim, yüngül əzilmişəm, ona görə həkimə müraciət etmədim. Həm də şənbə və istirahət günləri olduğundan özüm müayinəni təxirə saldım. Həkimlə danışmışam, əlamətləri dedim, sınıqdan şübhələndi. Özüm də bilirəm ki, sınıb, çünki çox ağrıdır. İndi xəstəxanaya gedirəm, görək müayinə nə göstərəcək".
Bu, Flora xanımın ilk sınığı deyil. Canlı korifey bir neçə il əvvəl yıxılaraq onurğa sütununda büzdüm sümüyünü, başqa bir hadisədə isə qolunu sındırmışdı.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.