Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sərnişinlərə xəbərdarlıq edib.
Cia.az NİİM-in səhifəsinə istinadən xəbər verir ki, “Baku-Bus” MMC-nin 1 saylı marşrut avtobusunun fəaliyyətə başlaması ilə əlaqədar mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunub.
1 saylı marşrut avtobusunun hərəkət cədvəli: “Koroğlu” metro stansiyası – Heydər Əliyev prospekti
- 28 may metro stansiyası istiqamətində olacaq.
Hərəkət cədvəlində dəyişiklik edilən:
- 11 nömrəli marşrutun əvvəlki xətti:
Sadıqcan küçəsi. -“H.Aslanov” metro st.dan Q.Qarayevpr. ilə “Koroğlu” metro st.- Heydər Əliyev prospekti – Xətai pr. – Süleymanov küç. – Azadlıq pr. – S.Rəhimov küç. (son)
Yeni xətlə :
- “H.Aslanov” metro st.dan Q.Qarayevpr. ilə “Koroğlu” metro st. – Ziya Bünyadov pr. – Ə.Rəcəbli küç. – Ak.H.Əliyev küç. – “Gənclik” metro st. – Ağaoğlu küç. – Xətai pr. (son) olmaqla əvəz olunub.
- 38 nömrəli marşrutun əvvəlki xətti:
- Keşlə qəs. – H.Əliyev pr. – “Koroğlu” metro st. – Heydər Əliyev prospekti – A.Nemətulla küç.- “N.Nərimanov” metro st. – F.Xoyski küç. – S.Vurğun küç.
Yeni xətlə: - Keşlə qəs. – H.Əliyev pr. – “Şəfa” stadionu – M.Nərimanov küç. (tunel) – “Ulduz” metro st. – Heydər Əliyev prospekti – A. Nemətulla küç. və sonra mövcud xətti ilə əvəz olunub.
- 136 nömrəli marşrutun əvvəlki xətti:
S.Vurğun bağı –Neftçilər pr. – Yusif Səfərov küç. – Heydər Əliyev pr. – “Koroğlu” metro st. – Heydər Əliyev pr. – Mərdəkan qəsəbəsi. – Şüvəlan Şimal DRESS
Yeni xətlə: “Qara Qarayev” metro st. – “Koroğlu” metro st. – Heydər Əliyev prospekti – Mərdəkan qəs. – Şüvəlan Şimal DRESS daxil olmaqla əvəz olunub.
- 184 nömrəli marşrutun əvvəlki xətti :
- Suraxanı qəs. – Heydər Əliyev pr. – “Koroğlu metro st. – Heydər Əliyev pr. – Həsənoğlu küç. – “N.Nərimanov” metro st.
Yeni xətlə: - Suraxanı qəs. – Heydər Əliyev pr. – “Koroğlu” metro stansiyası da daxil olmaqla əvəz olunub.
100 saylı marşrut xətti isə ləğv edilərək 136 saylı marşrut daşıycısının xidmətinə verilib.
Dəyişiklik 1 sentyabr 2015-ci ildən qüvvəyə minir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.